SON XƏBƏRLƏR

Masonluq Azərbaycanda

2021.10.20, 07:36
Masonluq Azərbaycanda

Gunaz.tv
Masonluq Azərbaycanda Dünyanın ən məşhur 33 dərəcə mason liderlərindən biri azərbaycanlıdır Əslində masonluğun Azərbaycandakı aktiv fəaliyyəti tarixçəsi keçən əsrin əvvələrinə təsadüf edir. Rusiyada masonluğun fəaliyytini, Rokfeller, Rotşild kimi ailələrin keçən əsrin əvvəllərində Azərbaycandakı fəaliyyətini nəzərə alsaq bu o qədər də təəccüblü görünməməlidir. Hətta həmin dövrdə yaşamış, bu gün çox populyar olan bir neft milyonçusu iş otağının girişində mala, çəkic, düzbucaqlı üçbucaq kimi masonik simvolları asardı. Onun həyatını qələmə almış tədqiqaçılarımız isə bunu həmin milyonçunun, milyonçu olmamaşdın əvvəlki peşəsi, yəni bənnalıq (yəni masonluq) ilə əlaqələndirirlər. Masonluğun ölkəmizdəki dərin keçmişini keçən əsrin əvvəllərində Bakıda inşa edilmiş, üzərində üçbucaq içindəki göz (Xanlar küçəsi 4 ünvanında yerləşən bina), mala, düzbucaqlı üçbucaq və pərgar kimi masonik simvolların təsvir olunduğu bəzi binalarda da müşahidə etmək olar. Məsələn belə binalardan biri Azərbaycan Dövlət Neft Akademiyasının binasıdır. Aşağıdakı masonik təsvir bu binanın giriş qapısının üstündədir. Müasir dövrdə isə mason localarında hətta “böyük ustad” dərəcəsinə qədər yüksəlmiş, həmvətənlərimiz var. Bunlardan bir Robert Heyətdır. 1938-ci ildə cənubi Azərbaycanın Təbriz şəhərində anadan olan Bağır (Robert) Heyət gənc yaşlarında İrandan ABŞ-a mühacirət etmişdir. ABŞ-da ticari fəaliyyətinə daşınmaz əmlak alıqı-satqısı ilə başlayan Bağır Heyət ABŞ vətəndaşlığına keçdikdən sonar adını dəyişərək Robert qoymuşdu. Masonik fəaliyyətini ən aktiv dövrünü Rumıniyada keçirmişdi. Çauşesku rejiminin yıxılmasında, Rumıniyadakı xalq qiyamının təşkilində fəal iştirak etmişdi. ABŞ-dakı “Nur locası” və “Azəri locası”-ının qurulmasında fəal iştirak etmişdi. 19 dekabr 2006-dan etibarən isə o, Vaşinqtondakı bütün locaların mərkəzi olan “Kolumbiya Dairəsi Böyük Locası”-ına (Grand Lodge of the District of Columbia) başçılıq edən “böyük ustad”-dır. Azərbaycandakı mason localarının fəaliyyətini təşkilatlandırmaq və aktivləşdirmək istəsə də mərhum president Heydər Əliyevin şiddətli etirazı səbəbiylə Robert Heyət buna nail ola bilməmişdi. Belə görünür ki, son dövrlərdə o, bu istəyinə nail olmaqdadır. Növbəti yazıda toxunacağımız faktlar bunu təsdiq edən mahiyyətdədir. QAYNAQ:YENICAG SAYTI

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar