SON XƏBƏRLƏR

May ayı ərzində İranın neft ixracatı əhəmiyyətli dərəcədə azalacaq

2021.10.20, 07:36
May ayı ərzində İranın neft ixracatı əhəmiyyətli dərəcədə azalacaq

Gunaz.tv

GünAz TV: “Reuters” agentliyi yeni araşdırmasında müxtəlif mənbələrə istinadən may ayı ərzində İranın neft ixracatının əhəmiyyətli dərəcədə azalacağını, hətta günlük 400-700 barel səviyyəsinə düşəcəyini yazıb.

 

Araşdırmaya əsasən, Amerikanın rəsmi Tehranın ən çox gəlir əldə etdiyi sahəni sıfıra endirməyə çalışması İranın neft ixracatında böyük problemlərin yaranmasına və cari ay ərzində əhəmiyyətli dərəcədə azalmasına səbəb olacaq.

 

Xatırladaq ki, Amerika Birləşmiş Ştatları 2018-ci ilin may ayının əvvəllərində rəsmi Tehrana qarşı sanksiyaların yenidən tətbiq ediləcəyini bildirərək, İranla 5+1 ölkələri arasında imzalanmış nüvə razılaşmasından çıxdığını elan etmişdi. Bunun ardınca noyabr ayında İranın neft və qaz sektoruna qarşı yenidən sanksiyalar qəbul edilmişdi.

 

Bu ilin mayın 2-dən neft sanksiyaları çərçivəsində İrandan qara qızıl idxal edən 8 istisna ölkəyə verilmiş möhlət müddəti bitib. Neft ixracatından əldə edilən gəlir ümumi ixracatın 40%-dən çoxunu təşkil etdiyindən, bunun İran iqtisadiyyatında çox ciddi problemlərə yol açacağı gözlənilir.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar