SON XƏBƏRLƏR

Mayk Pompeo: “Amerika İran hakimiyyətinə qarşı maksimum təzyiq göstərməkdə qərarlıdır”

2021.10.20, 07:36
Mayk Pompeo: “Amerika İran hakimiyyətinə qarşı maksimum təzyiq göstərməkdə qərarlıdır”

Gunaz.tv

GünAzTV: ABŞ dövlət katibi Mayk Pompeo oktyabrın 18-də “Foreign Affairs” jurnalında dərc etdidiyi bir yazısında Amerikanın İrana qarşı tətbiq etdiyi sanksiyalarından və Vaşinqtonun rəsmi Tehrana qarşı təzyiqini gücləndirməsindən danışıb.

 

Pompeo bildirib ki, rəsmi Tehran regional rəftarını dəyişməyincə, Vaşinqtonun İrana qarşı təzyiqləri gündən-günə artacaq: “Amerika İran hakimiyyətinə qarşı maksimum təzyiq göstərməkdə qərarlıdır. Çünki İran rejimi bütün beynəlxalq dəyərlərə biganə yanaşır, ölkə daxilində İran millətinin hüquqlarını kobud şəkildə pozur, ölüm və fəlakəti bütün dünyaya yayır. Bunun isə qarşısı alınmalıdır.

 

İran rejiminin bölgədə apardığı təxribat xarakterli fəaliyyətini davam etdirməsinə israr etməsi, iqtisadi baxımdan ona çox baha başa gəlib və bunun çoxlu fəsadları olub. İran hakimiyyətinin səriştəsizliyi ucbatından bu fəsadlar, nəinki getdikcə gücləndirilib, hətta onun öz iqtisadi mənafeyindən bəhrələnməsinə də mane olub. Prezident Tramp hesab edir ki, İranın nüvə proqramını yenidən bərpa etməsinin qarşısını almaq üçün, Tehrana qarşı təzyiqlər gücləndirilməlidir. 

 

Biz, müharibə tərəfdarı deyilik. Lakin açıq şəkildə də İrana bildiririk ki, çaxnaşmanın  şiddətləndirilməsi onun xeyrinə deyir. İran İslam Respublikası Amerikanın hərbi gücü qarşısında dayanmağa qadir deyil. Biz isə bunu İran rəhbərlərinə xatırlatmaqdan çəkinmirik”.

 

Xatırladaq ki, avqustun 6-da ABŞ prezidenti Donald Trampın imzaladığı bir sərəncamına əsasən, Amerikanın İrana qarşı sanksiyalarının 1-ci mərhələsinin icrasına başlanılıb.

 

 

Vaşinqtonun İrana qarşı sanksiyalarının 2-ci və ən mühüm mərhələsinə, yəni İran neftinə sanksiyanın tətbiqinə isə noyabrın 4-dən başlanılacaq. Amerika rəsmiləri bildiriblər ki, İran neftinin ixracını sıfıra endirmək istəyirlər.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar