SON XƏBƏRLƏR

MDB da­ğı­lır_Gür­cüs­tan və Uk­ray­na­nın bə­ya­nat­la­rı vax­tın­da atıl­mış ad­dım­lar­dır

2021.10.20, 07:36
MDB da­ğı­lır_Gür­cüs­tan və Uk­ray­na­nın bə­ya­nat­la­rı vax­tın­da atıl­mış ad­dım­lar­dır

Gunaz.tv
MDB da­ğı­lır Gür­cüs­tan və Uk­ray­na­nın bə­ya­nat­la­rı vax­tın­da atıl­mış ad­dım­lar­dır 111608084.jpg Gür­cüs­ta­nın MDB-dən çıx­ma­sı ilə bağ­lı qə­ra­rın öl­kə par­la­men­ti tə­rə­fin­dən rəs­mən təs­diq­lən­mə­sin­dən son­ra rəs­mi Ki­yev də təş­ki­lat­dan çıx­maq niy­yə­tin­də ol­du­ğu­nu or­ta­ya qoy­du. Gür­cüs­ta­nın MDB-dən çıx­maq qə­ra­rı­nı bir­mə­na­lı qar­şı­la­ma­yan rəs­mi Mosk­va bu pro­se­sin bir bə­ya­nat­la bit­mə­di­yi­ni və Gür­cüs­ta­nın təş­ki­lat üzv­lə­ri ilə im­za­la­dı­ğı sə­nəd­lər ol­du­ğu­nu əsas gə­ti­rə­rək bu pro­se­si lən­git­mə­yə ça­lış­sa da, rəs­mi Tif­li­sin bu is­ti­qa­mət­də qə­ti möv­qe nü­ma­yiş et­di­rə­rək öl­kə par­la­men­ti tə­rə­fin­dən ope­ra­tiv ola­raq qə­rar qə­bul edil­mə­si Mosk­va­nın bə­ha­nə­lə­ri üçün yer qoy­ma­dı. Mosk­va Gür­cüs­ta­nın MDB-dən çıx­maq mə­sə­lə­si­nə la­qeyd ya­naş­dı­ğı­nı nü­ma­yiş et­dir­mə­yə ça­lış­sa da, Uk­ray­na­nın təş­ki­lat­dan çıx­maq mə­sə­lə­si­ni gün­də­mə gə­tir­mə­si­nə so­yuq­qan­lı ya­na­şa bil­mə­yib. Bu mə­sə­lə ilə bağ­lı na­ra­hat­çı­lı­ğı­nı bü­ru­zə ve­rən rəs­mi Mosk­va MDB-nin ən bö­yük və güc­lü öl­kə­lə­rin­dən olan Uk­ray­na­nın bu is­ti­qa­mət­də ata­ca­ğı ad­dım­lar­la bağ­lı göz­lə­mə möv­qe­yi tut­sa da, eks­pert­lər Ru­si­ya­nın MDB-nin da­ğıl­ma­sı pro­se­si­ni ən­gəl­lə­mək üçün bü­tün im­kan­la­rın­dan is­ti­fa­də et­mə­yə ça­lı­şa­ca­ğı­nı bil­di­rir­lər. Həm­çi­nin eks­pert­lər ya­ran­mış və­ziy­yət­dən GU­AM öl­kə­lə­ri­nin öz xey­ri­nə is­ti­fa­də et­mək im­kan­la­rı­nın bö­yük ol­du­ğu­nu da is­tis­na et­mir­lər. Po­li­to­loq Ley­la Əli­ye­va isə he­sab edir ki, Gür­cüs­tan və Uk­ray­na­nın MDB-dən çıx­maq mə­sə­lə­si­ni gün­də­mə gə­tir­mə­si əs­lin­də Mosk­va­ya yö­nəl­miş təz­yiq va­si­tə­lə­rin­dən bi­ri­dir. Po­li­to­lo­qa gö­rə, MDB-dən çıx­maq mə­sə­lə­si­ni Gür­cüs­tan və Uk­ray­na­dan son­ra di­gər GU­AM öl­kə­lə­ri də dəs­tək­lə­sə, bu, MDB-nin da­ğıl­ma­sı pro­se­si­nin baş­lan­ma­sı­na sə­bəb ola bi­lər. "Gür­cüs­tan və Uk­ray­na­nın bu bə­ya­nat­la­rı vax­tın­da səs­lən­di­ril­miş bə­ya­nat­dır. İn­di Ru­si­ya özü­nü Qaf­qaz­da he­ge­mon ki­mi hiss edir. Ona gö­rə də Ru­si­ya­ya qar­şı məhz in­di adek­vat ad­dım­lar atıl­ma­lı­dı"- de­yən po­li­to­loq onu da əla­və edib ki, Gür­cüs­tan və Uk­ray­na­nın MDB-dən çıx­maq tə­şəb­bü­sü­nün təş­ki­lat­da təm­sil olu­nan di­gər öl­kə­lər tə­rə­fin­dən dəs­tək­lən­mə­si Ru­si­ya­nı pis və­ziy­yət­də qo­ya bi­lər. "Ona gö­rə də dü­şü­nü­rəm ki, bu işi bir-bir yox, bir­lik­də et­mək da­ha çox ef­fekt ve­rər­di"- de­yən Ley­la Əli­ye­va MDB-nin da­ğıl­ma­sı pro­se­si­nin baş­lan­ma­sı­na Qərb tə­rə­fin­dən dəs­tək ve­ril­mə­si­ni də zə­ru­ri sa­yır. "Əgər Qərb bu pro­se­sə dəs­tək ver­sə, MDB-nin da­ğıl­ma­sı pro­se­si ya­xın vaxt­lar­da baş­la­ya bi­lər. Bu­ra­da mə­sə­lə­lə­ri tək­cə MDB öl­kə­lə­ri­nin üzə­ri­nə qoy­maq ol­maz. Doğ­ru­dur, on­lar da bu ad­dı­mı at­maq üçün cə­sa­rət ol­ma­lı­dı. Am­ma mən dü­şü­nü­rəm ki, hər bir öl­kə müs­tə­qil şə­kil­də be­lə bir qə­rar qə­bul edə bi­lər və bu­nu Ru­si­ya heç cür ən­gəl­lə­yə bil­məz. Kol­lek­tiv şə­kil­də qə­rar qə­bul edil­mə­si də müm­kün­dür. On­suz da MDB ar­tıq mə­na­sız qu­ru­ma çev­ri­lib. Ru­si­ya­ya da sa­də­cə onun adı la­zım­dır". Vü­sa­lə sherg

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar