SON XƏBƏRLƏR

Medvedev Moldovanı da hədələdi

2021.10.20, 07:36
Medvedev Moldovanı da hədələdi

Gunaz.tv
Medvedev Moldovanı da hədələdi medved-moldova.jpg Rusiya prezidenti Dmitri Medvedev Moldova prezidenti Vladimir Voroninlə görüşdə Dnestryanı bölgə problemini həll etmək üçün yaxşı şans yarandığını vurğulayıb. Lent.az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, Rusiya prezidenti Voroninə Cənubi Osetiya təcrübəsini yaddan çıxartmamağı məsləhət bilib. Medvedev qeyd edib ki, son günlər baş verən hadisələr dondurulmuş problemlərdəki münaqişə potensialının nə qədər təhlükəli olduğunu nümayiş etdirib. Öz növbəsində Vladimir Voronin dondurulmuş münaqişələri istənilən an püskürməyə hazır olan vulkana bənzədib: “Dnestryanı bölgə münaqişəsinin donunun açılmasına imkan verməmək çox vacibdir”. Xatırladaq ki, SSRİ dağılandan sonra Moldovanın bir neçə rayonu Dnestryanı Moldova Respublikasını elan ediblər. Bölgədə bir neçə ay silahlı münaqişə davam edib. Hazırda regionda Rusiya, Moldova və Dnestryanı bölgənin hərbçilərindən ibarət birgə sülməramlı missiya həyata keçirilir. Separatçı bölgənin statusunun müəyyən edilməsi danışıqları 2006-cı ildə dondurulub. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar