SON XƏBƏRLƏR

Medvedevin arzusunu ürəyində qoydular

2021.10.20, 07:36
Medvedevin arzusunu ürəyində qoydular

Gunaz.tv
Medvedevin arzusunu ürəyində qoydular Rusiya prezidenti Dmitri Medvedevin "Boyük səkkizlik"in tərkibinin genişləndirilməsi ilə bağlı təklifi "G-8" liderləri tərəfindən rədd edilib. APA-nın məlumatına görə, Yaponiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi jurnalistlərə bildirib ki, "G-8"də təmsil olunan ölkələrdən üçünün rəhbəri qurumun tərkibinin genişləndirilməsinə qarşı çıxıblar. Onlar öz mövqelərinin "G-8"in ümumi dəyərləri bölüşən dövlət başçılarının qapalı diskussiya klubu olması, iştirakçıların sayının artmasının diskussiyaların keyfiyyətini aşağı salacağı ehtimalı və "Böyük səkkizlik"in onsuz da digər ölkələrlə müxtəlif formatda əməkdaşlıq etməsi ilə əsaslandırıblar. Qeyd edək ki, Tokioda keçirilən "G-8" sammitinə iştirakçı 8 ölkə ilə yanaşı, 16 dövlətin, o cümlədən Avstraliya, Çin, Braziliya və Hindistanın rəhbərləri də dəvət olunublar. Sammitdən əvvəl Rusiya prezidenti ən azı Çin, Hindistan və Braziliyanın bu quruma üzv qəbul edilməsi təklifi ilə çıxış edib. Ondan əvvəl Fransa prezidenti Nikola Sarkozi də "G-8"in tərkibinin genişləndirilməsi təklifini irəli sürüb. Sarkozi "Böyük səkkizlik"ə Çin, Hindistan, Braziliya, Cənubi Afrika Respublikası, Meksika və ərəb ölkələrindən birinin daxil edilməsini məqbul sayır. Sammit iştirakçıları Medvedevin təklifini rədd etsələr də, toplantının yekun bəyannaməsi ətrafında razılığa gələ biliblər. ABŞ prezidenti Corc Buşla danışıqlardan sonra mətbuat konfransı keçirən Almaniyanın kansleri Angela Merkel yekun bəyannaməyə qlobal iqlim dəyişikliklərinin nəticələrinin aradan qaldırılması, ərzaq və neftin qiymətinin bahalaşmasının təzahürlərinə qarşı birgə əməkdaşlığı ehtiva edən müddəaların daxil ediləcəyini bildirib. ABŞ prezidenti Corc Buş isə Almaniya və ölkəsinin İranın nüvə problemi ilə bağlı məsələdə mövqelərin uzlaşdırılması barədə razılıq əldə olunduğunu qeyd edib. adalet

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar