SON XƏBƏRLƏR

Məhəmməd Əmin Rəsulzadənin həyat yoldaşının məzarı bərpa edildi

2021.10.20, 07:36
Məhəmməd Əmin Rəsulzadənin həyat yoldaşının məzarı bərpa edildi

Gunaz.tv

GünAz TV: Azərbaycan Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin həyat yoldaşı Leyla xanımın (Vanda xanım) Türkiyədə tapılan məzarı bərpa edilib.

 

Bu barədə Türkiyədə yaşayan jurnalist Könül Şamliqızı öz Facebook profilində yazıb.

 

Onun sözlərinə görə, Leyla Rəsulzadənin məzarı Azərbaycan Kültür Dərnəyinin təşəbbüsü, Anıtlar Dərnəyinin dəstəyilə bərpa edilib: “Məzarın sadə olmasını mən istədim - sağ olsunlar, fikrimi soruşdular, mən də “Leyla xanım kimi sadə və zərif olsun” dedim. “Bir də üstündə həmişə çiçəklər olsun” dedim. Sabah gedib o çiçəkləri də əkəcəyəm”.

 

Jurnalist çox sevincli və qürurlu olduğunu vurğulayıb.

 

Qeyd edək ki, K.Şamilqızının bir müddət əvvəl məzarın yerini tapması geniş ictimaiyyətin marağına səbəb olmuşdu. Bəziləri hətta bu məzarın L.Rəsulzadəyə aid olmadığını iddia etmişdi. K.Şamilqızı isə araşdırmalarla məzarın həqiqətən də L.Rəsulzadəyə məxsus olduğunu təsdiqlədə bildi.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar