SON XƏBƏRLƏR

Məlikanın millət vəkili iş axtaran bir neçə qıza cinsi təcavüzdə ittiham olunur

2021.10.20, 07:36
Məlikanın millət vəkili iş axtaran bir neçə qıza cinsi təcavüzdə ittiham olunur

Gunaz.tv

GünAz TV: Rejimin sifarişi ilə Güney Azərbaycanın Məlikan şəhərinə millət vəkili seçilmiş Salman Xudadadi iş axtaran bir neçə məlikanlı qıza təcavüz etməkdə günahlandırılır.

 

Ötən illərdə Azərbaycan Milli Hərəkatı fəallarına qarşı müxtəlif yollarla təzyiqlər göstərən sözdə millət vəkili bundan əvvəl Məlikan “Sepah”-nin komandiri,Ərdəbil Ettelaat Şöbəsinin rəisi, Şərqi Azərbaycan Ettelaat İdarəsinin rəis müavini və s. kimi həssas postlarda çalışıb.

 

S.Xudadinin cinsi təcavüzdə ittiham olunması ilə bağlı “Herana” xəbər agentliyi xəbər yayılıb.

 

Məlumata görə, Z.N adlı 28 yaşlı məlikanlı qız “Herana” agentliyinə bildirib ki, son 4 il ərzində sözügedən millət vəkili tərəfindən dəfələrlə cinsi sui-istifadəyə məruz qalıb.

 

Azərbaycanlı qız atası vəfat etdikdən sonra maddi problemlərlə əlaqədar iş tapmağa məcbur olub və bununla bağlı Məlikan Şəhər İcra Hakimiyyətinə müraciət edib. Orada millət vəkili ona Tehranda idarələrin birində (Tehran Mühasibat Divanı) iş tapacağına söz verib.

 

“Mən onun Vəliəsr meydanındakı ofisinə getdim, o həmən qapını bağladı və mənə güc tətbiq edərək cins təcavüz etdi. Sonra məni təhdid edərək bildirdi ki, bu barədə kimsə heç nə bilməməlidir.

Təhdidlər sonralar da davam etdi və onun tərəfindən bir neçə dəfə təcavüzə məruz qaldım. Lakin qorxudan heç kimə bu barədə danışmadım.

Bir müddət sonra dostlarımla bir yerdə oturmuşduq. Onlardan birisi dedi ki, S.Xudadadi ona iş vədi verib, sonra isə təcavüz edib. O baş verən hadisəyə görə qorxudan şikayət etmədiyini, lakin dəfələrlə intihar etmək istədiyini bildirdi. Onda başa düşdüm ki, təkcə mən deyil,  başqaları da millət vəkilinin təcavüzünə məruz qalıb”- deyə o bildirib.

 

Azərbaycanlı qız sözlərini belə davam etdirib: “Aprel ayının ortalarında ona zəng edərək bildirdim ki, başıma hərnə bəla gətirdin bir şey demədim. Xahiş eliyirəm daha məndən əl çək, əks halda mənə qarşı etdiyin hərəkəti ifşa edəcəm. O cavab olaraq dedi ki, əgər bu barədə nəsə danışsan, səni elə öldürtdürərəm ki, heç kimin xəbəri olmaz. Mən həqiqətən bu sözlərdən qorxdum.”

 

Təcavüzə məruz qalan qız nəhayət ki, Parlamentin Təhlükəsizlik Bölümünə (Hərasətə) müraciət edərək S.Xudadadiyə aid Səs Faylı, SMS və digər sənədləri məsullara təqdim edib və onun cəzalandırılmasını tələb edib. Şikayəti çətinliklə qəbul edən Təhlükəsizlik Bölümü dosyenin Deputatların Davranışına Nəzarət edən Komissiyaya göndəriləcəyini bildirib. Bu müddətdə S.Xudadadi bir neçə dəfə qızla əlaqə saxlayaraq onu şikayətini geri götürməyə çağırıb. O qızı təhdid edərək  bildirib ki, şikayətini geri götürməyəcəyi təqdirdə onun başına istənilən bəla gətirə bilər.

 

“Aprelin 23-də şikayət etdim. Bu müddətdə bir neçə dəfə Parlamentin Təhlükəsizlik Bölümü ilə əlaqə saxladım. Onlar hər dəfə bildirir ki, dosyenin araşdırılması üçün zaman lazımdır. Bir sözlə, şikayətimə baxan yoxduur”- deyə gənc qız sözlərinin sonunda bildirib.

 

“Herana” xəbər agentliyində yayılan məlumata görə, adını çəkdiyimiz millət vəkili bundan əvvəl də öz həmkarı, həmçinin ona müraciət edən xanımlardan birinə cinsi təcavüz etməkdə ittiham olunub. O hətta bu ittihamla bağlı bir müddət müvəqqəti olaraq saxlanılıb. Elə bu səbəbdən S.Xudayarinin deputatlığa namizədliyi iki dəfə qeydə alınmayıb, lakin Konstitusiyaya Nəzarət Şurasının müdaxiləsi nəticəsində onun qarşısındakı maneə qaldırılıb və parlament seçkilərində iştirak edib.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar