"İbrahim Rəisinin Amerika torpağına ayaq basması Bayden üçün həqarətdir"-Amerika senatoru

2022.09.20, 08:51
"İbrahim Rəisinin Amerika torpağına ayaq basması Bayden üçün həqarətdir"-Amerika senatoru

Gunaz.tv

O, özünün tvviter hesabında İran prezidentini terror rejiminə xidmət edən, kütləvi qatl törədən cinayətkar adlandırıb.

"Rəisinin Amerika torpağına ayaq basmasına icazə vermək Co Bayden üçün başaşağılıqdır"-deyə, senator yazıb.

İbrahim Rəisi Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 77-ci sessiyasında iştirak etmək üçün sentyabrın 19-u səhər saatlarında Tehrandan Nyu-Yorka yola düşüb.

Onun Nyu-Yorka səfəri xaricdə, özəlliklə Amerikada mühacirətdə yaşayan iranlı müxaliflərin geniş etirazları ilə qarşılaşıb.

Cavidan