Amerikada yaşayan professor Güneydə ana dili problemindən yazdı: "Bu çətinlik məndə fobiya yaradıb"

23.02.2022, 11:45

Nyu-Yorkda Farminqdeyl Dövlət Kollecinin professoru Nahid Cəfəri “Amerikanın səsi”ə verdiyi müsahibədə Təbrizdə məktəb illərində yaşadığı acı təcrübələrin onda dil öyrənməyə fobiya yaratdığını deyib.

Gunaz.tv Quote | Gunaz article

 Nahid Cəfəri məktəbin ilk illərində farsca bilmədiyi üçün çox əziyyət çəkdiyini deyib. O, dördüncü sinifdə inşa (kompozisiya) dərsində aşağı qiymət aldığı üçün yuxarı sinifə keçə bilməyib. Dördüncü sinifi iki dəfə oxuyub.

O təqribən bir il əvvəl Clubhouse sosial şəbəkəsində türk dilində söhbət otaqlarına qatıldıqdan sonra ana dilində yazıb oxumağı öyrənməyə qərar verdiyini söyləyib.

Farminqdeyl Kollecinin professoru ibtidai məktəb illərində fars dilini öyrənərkən çəkdiyi əziyyətlərə işarə edib.

“Məndə bu fobiya var ki, mən dili çətin öyrənirəm. Mən məktəb illərində farsca öyrənməkdə çox əzab çəkmişdim.

Bu həmişə məndə dilə görə bir fobiya yaratmışdı. Universiteti bitirdikdən sonra ki İrandan çıxmaq istədim və ingiliscəyə başladım, bu qorxu həmişə məndə var idi ki, mən dil öyrənməkdə yaxşı deyiləm"-deyə, o, bildirib.

Nahid Cəfəri keçən həftələrdə sosial mediada başladılan (Mən və Farsca) kampaniyasına qatılaraq məktəbin ilk illərində yaşadığı təcrübələr haqqında yazı paylaşıb. 

Nahid Cəfəri və "Gündəm Danışıq" klubunun digər üzvləri keçən 8 ayda hər həftə üç dəfə bir araya gələrək “Əli və Nino” və “Dumanlı Təbriz” kimi romanlar və bəzi hekayələri birlikdə oxuyub və bitiriblər.

Onlar hazırda İsmayıl Şıxlının “Dəli Kür” romanını oxuyurlar.

“Bu klub mənim özümə çox faydalı olub. Mən türk dilini, öz ana dilimi öyrənirəm. Kitab oxuyuram. Roman oxuyuram. Dostların dediyinə görə danışmağım bir az düzəlib.

Hələ yetərli deyil, amma yaxşı bir formaya gəlib. Ancaq oxumağım çox dəyişib. Bunu özüm görürəm. Mən və dostlarım indi 300-400 səhifəlik romanlar oxuyuruq. Amma təkcə oxumaqda qalmadıq.

Dostlarla birlikdə yazmağa başladıq. Kitab icmalı yazmışam. Xatirə yazardım farsca, indi onu türkcə yazıram,”-deyə Cəfəri bildirib. 

C.E
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Ərdəbildən Azərbaycan Respublikasına dəstək

2023-03-24

gun az article

Güney Azərbaycanda 5.6 bal gücündə zəlzələ baş verib

2023-03-24

gun az article

Zənganlı fəal Hüseyn Bayat qeyri-müəyyən şəraitdə həbsdə saxlanılır

2023-03-24

gun az article

BMT ofisində "Ərk"-Azərbaycan İnsan Hüquqları Cəmiyyətinin konfransı keçirilib

2023-03-24

gun az article

“Sözümüz”də müzakirə: “İranın Azərbaycana qarşı təhdidləri nə qədər ciddi sayılır?”  - VİDEO

2023-03-24

gun az article

Urmuda 5 nəfər casusluq ittihamı ilə edama məhkum edilib

2023-03-23

gun az article

Güneyli hüquqşünaslar tərəfindən Azərbaycan İnsan Hüquqları Təşkilatı yaradılıb

2023-03-23

gun az article

Ərdəbildə uşaqlara Azərbaycan dilində kitablar paylanıb-VİDEO

2023-03-23

gun az article

İran Sərhəd Qoşunlarının komandanı Azərbaycan sərhədinə gəlib

2023-03-23

gun az article

Milli fəal Pərviz Siyabi məzuniyyətə buraxılıb

2023-03-23

gun az article

Güneyli məhbusun vəziyyəti ilə bağlı BMT nümayəndəsinə məlumat verildi

2023-03-22

gun az article

Qaşqay gəncin dəfn mərasimi hökumətə qarşı etiraz aksiyasına çevrilib-VİDEO

2023-03-22

gun az article

Bu sistemə son zərbəni Təbriz vuracaq – Xəbərdarlıq

2023-03-22

gun az article

“Özümüz” proqramında müzakirə: “Bayram dəblərimizi qoruyaq” və "25 mart yürüşü”- VİDEO

2023-03-22

gun az article

İranda hökumət məmurları Qaşqay türkünü qətlə yetirib

2023-03-21

gun az article

Bir sıra güneyli fəallar yaz bayramını həbsxabada keçiridilər

2023-03-21

gun az article

"Parlaq gələcək": “İranın ərazi bütövlüyü nə deməkdir” və “Pəhləvi sülaləsi: mumiyalanmış cəsəd”

2023-03-21

gun az article

BMT nümayəndəsi Güney Azərbaycan təşkilatının konfransına qatılacaq

2023-03-21

gun az article

İsrailli nazir: "Güney Azərbaycanın qurulması reallıqdır" 

2023-03-20

gun az article

“Dəyirmi masa”da müzakirə: “25 mart Brüsseldə “Azadlıq, Ədalət, Milli hökumət” şüarı”

2023-03-19