SON XƏBƏRLƏR

Millət vəkili Gürcan Dağdaş: “Bir siyasi partiya ölkənin parçalanmasına, vətəndaş müharibəsinə yol açırsa, onun qapadılması qaçılmazdır”

2021.10.20, 07:36
Millət vəkili Gürcan Dağdaş: “Bir siyasi partiya ölkənin parçalanmasına, vətəndaş müharibəsinə yol açırsa, onun qapadılması qaçılmazdır”

Gunaz.tv
Millət vəkili Gürcan Dağdaş: “Bir siyasi partiya ölkənin parçalanmasına, vətəndaş müharibəsinə yol açırsa, onun qapadılması qaçılmazdır” 08070701.jpg Millət vəkili Gürcan Dağdaş: “Bir siyasi partiya ölkənin parçalanmasına, vətəndaş müharibəsinə yol açırsa, onun qapadılması qaçılmazdır” Milliyyətçi Hərəkat Partiyasının Qars millət vəkili, keçmiş dövlət naziri Gürcan Dağdaşın APA-nın Türkiyə bürosuna müsahibəsi. - Konstitusiya Məhkəməsində AKP-nin bağlanması tələbi ilə bağlı proses davam edərkən əcnəbilərin Türkiyəni təhdid etməsini necə qiymətləndirirsiniz? - Bundan üzüntü duymamaq mümkün deyil. Əgər bir insanın bu torpağa bağlılığı varsa və min ildir bu torpaqlarda yaşayan millətin övladıdırsa, “ölkəmin ədliyyə sistemi bu qədər xarici təsir və təzyiq altında qala bilərmi” sualı qarşısında iztirab keçirməlidir. Avropa Birliyi və ABŞ səlahiyyətli nümayəndələrinin sözlərinə cavab vermək mümkündür, ancaq biz o sözləri deyənə yox, dedizdirənə baxırıq və görürük ki, AKP iqtidarı AB və ABŞ kulislərində ölkəmizin məhkəmə sisteminə söz dedirtmək üçün canfəşanlıq edir. Əgər bir siyasi partiya ölkənin parçalanmasına, vətəndaş müharibəsinə yol açırsa, onun qapadılması qaçılmazdır. Biz AKP-nin qapadılması üçün əlimizi ovuşdurmuruq. Biz deyirik ki, AKP-nin qapadılması və ya qapadılmamasına dair qərar türk məhkəməsinin verəcəyi hökmdür. “Ergenekon” əməliyyatı çərçivəsində aparılan həbslərdən sonra AKP-nin ikinci adamı Dengir Fırat hamını hüquq sisteminin qərarına müdaxilə etməməyə çağırır. Qəribədir ki, Dengir Fırat bir həftə əvvələ qədər türk məhkəmələrini təzyiq altına almağa çalışan və türk ədliyyəsini xarici təzyiqə məruz qoymaq istəyən missiyanın ikinci adamıdır. Altı illik AKP iqtidarı bizim xarici siyasətdə əldə etdiklərimiz və daxili siyasətdə qazandıqlarımızın üstündən xətt çəkib. Xalqın 47%-nin AKP-yə səs verməsi bu partiyanın ölkəni yaxşı idarə etməsi mənasına gəlmir. Ölkəni problemlərimizi özümüzün həll edə bilməyəcəyimiz bir vəziyyətə saldığına görə mövcud iqtidarın tarixdəki məsuliyyətinin çox ağır olacağını vurğulamaq istərdim. - MHP lideri Dövlət Bağçalı ölkədə cərəyan edən hadisələrlə bağlı prezident Abdulla Gülə müraciət edərək ondan daha fəal olmasını istəyib. Amma prezident Güldən səs-səmir yoxdur... - Konstitusiyaya görə, prezident dövlət qurumları arasındakı koordinasiyaya cavabdehdir. Əgər dövlət qurumlarının fəaliyyətində bir qırılğanlıq müşahidə edilirsə, təbii olaraq ailənin başçısı buna müdaxilə etməlidir. Türkiyədəki bu gərgin atmosferi daha da uzatmağın ölkəyə heç bir faydası olmadığından hörmətli Bağçalının təklifi son dərəcə haqlıdır. Hörmətli Gülün bu təklifə müsbət cavab verəcəyini gözləyirəm. - Türkiyədəki proseslər Azərbaycanda da çox yaxından izlənilir. Bununla bağlı bizim ictimaiyyətə sözünüz varmı? - Milli komandamızın Avropadakı qələbələrindən sonra həm tribunalarda, həm də Bakı küçələrində azərbaycanlı qardaşlarımızın sevincini görən və kövrələn insan kimi deyirəm: qardaşınızın evində bir sıxıntı var və bu sıxıntını inşallah, aşacağıq. Azərbaycan bizim göz bəbəyimizdir - biz də Azərbaycanın göz bəbəyi olduğumuzu bilirik. Azərbaycanlı qardaşlarımızın Türkiyədə baş verən hadisələrlə bağlı daha çox narahat olmasına gətirib çıxaracaq hadisələr yaşanmayacağına inanırıq. Türkiyə bu qarmaqarışıqlıqdan da çıxacaq. APA vasitəsilə azərbaycanlı qardaşlarıma sevgilərimi göndərirəm. vhp

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar