SON XƏBƏRLƏR

Minlərlə azərbaycanlı YUNESKO Təşkilatının rəsmi səhifələrində etiraz bildirdi - Beynəlxalq Ana Dili Günündə

2021.10.20, 07:36
Minlərlə azərbaycanlı YUNESKO Təşkilatının rəsmi səhifələrində etiraz bildirdi - Beynəlxalq Ana Dili Günündə

Gunaz.tv

GünAz TV: 21 fevral - Beynəlxalq Ana Dili Gününə bir neçə gün qalmış YUNESKO Təşkilatının İnstagram və Twitter səhifələrində ana dili ilə bağlı bir neçə post yerləşdirilib.

 

Minlərlə azərbaycanlı beynəlxalq təşkilatın ana dilinin tədrisi və bu dildə təhsil almaqla bağlı olan postlarına müxtəlif yorumlar yazıb.

 

Azərbaycanlı sosial şəbəkə istifadəçiləri ingilis dilində yazdıqları yorumda İranda ana dilində təhsil və tədrisin olmamasına etiraz edib, bu barədə YUNESKO-dan İrana xəbərdarlıq etməsini tələb ediblər.


February 21, International #MotherLanguageDay

But... In 21st century, #40 million #Turks of #Iran are deprived of their #Mother Language education.#Iran 40milion #Turks demand @UNESCO to warn #Iran government on this case. Education in mother language is all people primary right.

 

 YUNESKO-nun İnstagram səhifəsi:

https://www.instagram.com/unesco

YUNESKO-nun Twitter səhifəsi:

twitter.com/UNESCO

 

Bundan öncə YUNESKO ingilis dilində bir dəqiqəlik video yayaraq belə bir sual vermişdir: Bu videoda neçə dilin olduğunu düşünürsüz? Hamının ana dilinin oxuyub öyrənmə haqqı var.

Videonu tıklayın

 

Təşkilat postların birində bildirib ki, dünya ölkələrinin əksəriyyəti 2 vəya neçə dillidir. Bu günə qədər kimsə sizdən istəyib ki, özünüzə mühüm olan bir şeyi ana dilində deyəsiniz. Biz sizdən soruşuruq, ona görə ki, bəzi sözlərin ana dilində deyilməsinin rahat olduğunu düşünürük. Bizimlə razısınız? Belədirsə, o zaman ana dilində demək istədiyiniz sözü bizimlə paylaşın.

 

 

YUNESKO təhsil sahəsinə daha çox diqqət yetirməyi də vurğulayıb. Beynəlxalq təşkilat təhsilin dünyada ən çox gücə malik olduğuna inanır. “Bu vasitə ilə dünyanı dəyişdirib, düzgün və sülh içində bir həyat qurmaq mümkün olar”- deyə beynəlxalq təşkilat təkid edir.

 

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar