SON XƏBƏRLƏR

Mirhüseyn Musəvi: “Xalqa güllə atan qatillər dini bir rejimin nümayəndələridir. Onların baş komandanı da “vəliyyi-fəqih” (Əli Xamneyi) dir”

2021.10.20, 07:36
Mirhüseyn Musəvi: “Xalqa güllə atan qatillər dini bir rejimin nümayəndələridir. Onların baş komandanı da “vəliyyi-fəqih” (Əli Xamneyi) dir”

Gunaz.tv

GünazTV: 2009-cu ildə İranda baş verən “yaşıl hərəkat”ın 10 ilə yaxındır ev dustaqlığında saxlanılan lideri Mirhüseyn Musəvi noyabrın 30-da bəyanat yayaraq, molla rejiminin son iki həftədə ölkə əhalisinə qarşı törətdiyi qətliamına münasibət bildirib.

 

Öz bəyanatında etirazlarda qətlə yetirilən vətəndaşların ailələrinə başsağlığı verən Musəvi deyib ki, ölkənin zəif və kasıb təbəqəsindən olan, hakimiyyət başçılarının səriştəsizliyindən boğaza yığılaraq  küçələrə axışan qəzəbli xalqın qətliam edilməsi qəbuledilməzdir: “Son günlər etirazçı xalqın qətliam edilməsi tamamilə keçmiş şah əsgərlərinin 1979-cu ildə Tehranın Jalə meydanında əhaliyə qarşı törətdiyi qətliamına bənzəyir.

 

Bircə fərq odur ki, 1979-cu ildə insanları qətlə yetirən qatillər, qeyri-dini bir rejimin nümayəndələri idilər. Onların baş komandanı da şah (Məhəmmədrza Pəhləvi) idi. Lakin 2019-cu ilin noyabrında xalqa güllə atanlar dini bir rejimin nümayəndələridir və onların baş komandanı da sonsuz səlahiyyətlərə malik olan “vəliyyi-fəqih” (Əli Xamneyi) dir.

 

Qeyd edək ki, 1979-cu ildə İranın keçmiş şahına sadiq olan əsgərlərin Jalə meydanında dinc etirazçılara atəş açması nəticəsində onlarla insan həlak olub. İranda “17 şəhrivər” qətliamı ilə məşhur olan həmin qırğın, şah rejiminin devrilməsi prosesini sürətləndirib.

 

Keçmiş şah rejimində hökumət qüvvələrinin 1979-cu ildə Tehranın Jalə meydanında törətdiyi qətliam

 

Xatırladaq ki, noyabrın 15-dən başlayaraq, İranda hökumətin benzinin qiymətini üç dəfə artırmasına qarşı keçirilən kütləvi etirazlar və səsləndirilən şüarlar qısa zaman içində molla rejiminə qarşı yönəlib. Ölkənin 137 şəhərində keçirilən etirazlarda rejim qüvvələrinin dinc etirazçılara qarşı göstərdiyi misili görünməmiş vəhşilik və qəddarlıq dünya ictimaiyyətini şoka salıb. Belə ki, hökumət, “Sepah”, “Bəsic” və mülki geyimli təhlükəsizlik qüvvələrinin etirazçılara qarşı odlu silahlardan açdığı atəş nəticəsində 500 nəfərdən çox insan qətlə yetirilib, 3700 aksiyaçı güllə yarası alıb, Tehranda və digər şəhərlərdə 7 mindən çox etirazçı polis və mülki geyimli təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

 

 

Etirazlar zamanı həmçinin ən azı 7 “Sepah” və “Bəsic” muzdlusu, ən azı 3 axund həlak olub, cəhalət, xurafat və fəsad mərkəzi sayılan 15-ə yaxın dini mədrəsə (mollaxana) etirazçılar tərəfindən yandırılıb. Molla rejiminin repressiya maşınını işə salmasına baxmayaraq, ölkədə yaşanan inqilabi vəziyyət və iri şəhərlərdə elan olunmamış fövqəladə vəziyyət rejimi davam edir.

 

 

A.M

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar