SON XƏBƏRLƏR

Missioner təşkilatların qeydiyyatına yenidən baxıla bilər

2021.10.20, 07:36
Missioner təşkilatların qeydiyyatına yenidən baxıla bilər

Gunaz.tv
Missioner təşkilatların qeydiyyatına yenidən baxıla bilər Qanuna əməl etməyənlərin fəaliyyəti qadağan olunmalıdır Ölkədə fəaliyyət göstərən missioner təşkilatların qeydiyyatına yenidən baxıla bilər. Bu barədə "OLAYLAR"a məlumatlı mənbədən bildiriblər. Mənbədən deyiblər ki, bu ilin müvafiq dövründə hüquq-mühafizə orqanları tərəfindən əksər dini icmaların qanunsuz fəaliyyətilə bağlı faktlar aşkarlanıb. Belə ki, qadağan olunmuş dini ədəbiyyatlar, silah-sursat və missionerlərin kriminal quruplaşmalarda iştirakı aşkar edilib. Buna görə də qanunvericiliyə uyğun fəaliyyət göstərməyən dini icmaların qeydiyyatının ləğvi məsələsi qaldırılıb. Qeyd edək ki, qeydiyyatına yenidən baxılacaq təşkilatlar arasında "Yəhva şahidləri", "7-ci günün advinistləri" və xristian-baptist icmasının adı da var: "Qeydiyyat və missionerlərin təbliğatı ilə bağlı məsələyə Qərb diqqət yetirir. Yəni missionerlərlə bağlı çıxarılan qərarlar ölkənin imicinə zərbə vura bilər. Lakin bu nüanslar nəzərə alınaraq ölkə qanunvericiliyinin pozulmasına göz yumulmayacaq". Xatırladaq ki, ABŞ Dövlət Departamenti Azərbaycanda dini vəziyyəti nəzarətdə saxlasa da, Almaniya, İngiltərə və Ermənistanda missionerlərin fəaliyyəti qadağan edilib. olaylar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar