SON XƏBƏRLƏR

MİXAİL SAAKAŞVİLİ: 21-ci ƏSRİN BARBARLARI GÜRCÜSTANDAN GETMƏLİDİRLƏR

2021.10.20, 07:36
MİXAİL SAAKAŞVİLİ: 21-ci ƏSRİN BARBARLARI GÜRCÜSTANDAN GETMƏLİDİRLƏR

Gunaz.tv
MİXAİL SAAKAŞVİLİ: 21-ci ƏSRİN BARBARLARI GÜRCÜSTANDAN GETMƏLİDİRLƏR saakasvili.jpg Gürcüstan prezidenti Mixail Saakaşvili Gürcüstan-Osetiya münaqişə zonasında atəşkəs haqqında saziş imzalayıb. Bu barədə Tbilisidə ABŞ dövlət katibi Kondoliza Raysla uzun-uzadı danışıqlardan sonra elan edilib. Birgə mətbuat konfransında Rays bildirib ki, rus qoşunları Gürcüstan ərazisini ləngimədən tərk etməlidirlər, Saakaşvili isə qeyd edib ki, “ölkə ərazisinin hətta bir kvadrat kilometrinin belə zəbt edilməsi ilə barışmayacaq”. Tanınmamış respublikaların statusu məsələsində güzəşt olmayacaq. Abxaziya və Cənubi Osetiya Gürcüstanın tərkibində qalacaq”, deyə Saakaşvili bildirib. “Kapitulyasiya olmayacaq, kiçik ölkələr böyük ölkələr tərəfindən parçalanmayacaq da”, deyə o əlavə edib. Saakaşvili həmçinin qeyd edib ki, regiona beynəlxalq sülhməramlı kontingentin gətirilməsinə nail olacaq. Raysın sözlərinə görə, Aleksandr Stubb -ATƏT-də sədrlik edən Finlandiyanın xarici işlər naziri onun inandırıb ki, Avropa qüvvələri bir neçə gün ərzində regiona gələ bilər. Saakaşvili mətbuat konfransında Rusiyanı barbar adlandırıb və bildirib ki, Rusiyanın Gürcüstana qarşı hərbi əməliyyatının “Cənubi Osetiyadakı vəziyyətlə heç bir əlaqəsi yox idi”. O, Rusiyanı Gürcüstanın suverenliyinə qəsd etməkdə, “Bakı-Tbilisi-Ceyhan” neft kəmərini bombalamaqda, Ukrayna prezidenti Viktor Yuşenkonu zəhərləməkdə və Aleksandr Litvinenkonun qətlində ittiham edib. Ruslar Gürcüstanın üçdə birini zəbt ediblər və talançılığı və dinc əhaliyə qarşı zorakılığı davam etdirirlər, deyə Saakaşvili bildirib. versiya

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar