SON XƏBƏRLƏR

Emmanel Makron: “İranla danışıqlarda hər hansı bir irəliləyiş olmayıb”

2021.12.04, 08:57
Emmanel Makron: “İranla danışıqlarda hər hansı bir irəliləyiş olmayıb”

Gunaz.tv

Noyabrın 29-da başlanan və bir neçə gün davam etdirilən müzakirələrdə hər hansı irəliləyişin olmadığını deyən Makron deyib ki, o dsnışıqların tez bir zamanda yenidən davam etdiriləcəyini güman etmir.

“Hesab edirəm ki, danışıqların bu mərhələsində İranın dekonstruktiv mövqe sərgiləməsini nəzərə alaraq, uğurlu olmayıb. Güman edirəm ki, çox ehtimala görə danışıqlar qısa bir zamanda baş tutmayacaq”, -deyə Fransa prezidenti Emmanuel Makron bildirib.

Vyanada Qərblə nüvə danışıqları aparan İran nümayəndə heyətinin başçısı Əli Baqiri Kəni deyib ki, o sanksiyaların ləğv olunması və İranın nüvə proqramının bəzi detalları ilə bağlı qarşı tərəfə bir təkliflər paketini təqdim edib.

Danışıqlarda iştirak edən Böyük Britaniya, Fransa və Almaniya diplomatları isə İranın irəli sürdüyü təkliflər paketinin və bununla da onun Qərbdən çoxlu imtiyazlar almağa çalışmasının qəbuledilməz olduğunu bildiriblər.

Onların dediyinə görə, İranın yeni tələbləri 2015-ci ildə imzalanmış nüvə razılaşmasının müddəalarına və onun şərtlərinə ziddir.

Xatırladaq ki, nüvə razılaşmasının canlandırılması üçün noyabrın 29-da başlanan və bir neçə gün davam edən Vyana danışıqları dekabrın 3-də dayandırılıb.

Danışıqların dayandırılmasına isə İranın dekonstruktiv mövqedən çıxış etməsi səbəb olub.

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar