SON XƏBƏRLƏR

Morqan Ortaqus: “İran özünə qarşı hörmət istəyirsə, əvvəlcə girovları azad etsin”

2021.10.20, 07:36
Morqan Ortaqus: “İran özünə qarşı hörmət istəyirsə, əvvəlcə girovları azad etsin”

Gunaz.tv

GünAz TV: Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin sözçüsü Morqan Ortaqus bildirib ki, İran dünya ölkələrindən özünə qarşı hörmət qoyulmasını istəyirsə, o zaman girov götürdüyü ABŞ və digər ölkə vətəndaşlarını azad etməlidir.

 

Xanım Ortaqus şəxsi “Twitter” hesabında yazıb: “İran dünya ölkələrindən özünə qarşı hörmət istəyir, lakin bu hörməti özü qazanmalıdır. Bunu ilkin olaraq girov götürdüyü xarici ölkə vətəndaşlarını azad etməklə başlaya bilər.”

 

Xatırladaq ki, hazırda azı 5 Amerika vətəndaşı İranda məhkumluq həyatı yaşayır. Onlardan 4 nəfərinin 2-li, İran-Amerika vətəndaşlığı var. Bundan başqa, bir neçə avropa ölkəsi və Avstraliya vətəndaşı da İran həbsxanalarında saxlanılır.

 

Qərb ölkələri bildirirlər ki, rəsmi Tehran həbs etdiyi xarici ölkə vətəndaşlarından siyasi müzakirələr zamanı təzyiq göstərmək üçün girov kimi istifadə edir.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar