SON XƏBƏRLƏR

Moskva həmsədrlikdən uzaqlaşdırılmayacaq

2021.10.20, 07:36
Moskva həmsədrlikdən uzaqlaşdırılmayacaq

Gunaz.tv
Moskva həmsədrlikdən uzaqlaşdırılmayacaq Xəzər İbrahim: "Rusiya Ermənistan-Azərbaycan münaqişəsində tərəf deyil" Azərbaycan Gürcüstanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyir. Bu sözləri dünən keçirdiyi ənənəfi brifinqdə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Xəzər İbrahim Rusiya Federasiya Şurasının (parlamentin yuxarı palatası) Abxaziya və Cənubi Osetiyanın müstəqilliyinin tanınması ilə bağlı müraciətinə münasibət bildirərkən belə deyib. O, Cənubi Qafqazdakı münaqişələrin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları daxilində dövlətlərin ərazi bütövlüyü çərçivəsində həllini önə çəkib: "Millətlərin öz müqəddaratını həll etməsi hüququ da ərzazi bütövlüyü çərçivəsində həllini tapmalıdır". "Gürcüstan-Cənubi Osetiya münaqişəsində vasitəçidən münaqişə tərəfinə keçən Rusiyanın Minsk Qrupunda həmsədrlikdən kənarlaşdırılması məsələsinə baxılırmı" sualının cavabında X.İbrahim bildirib ki,"Rusiya Ermənistan-Azərbaycan münaqişəsində tərəf deyil". Odur ki, bu ölkənin həmsədrlikdən kənarlaşdırılmasına lüzum yoxdur. Mətbuat katibi Türkiyənin baş nazirinin "Qafqaz platforması" təşəbbüsünə Azərbaycanın qoşulub-qoşulmaması ilə bağlı suala cavabında deyib ki, Azərbaycan XİN-ə hələ "Qafqaz platforması"nın detalları ilə bağlı sənəd daxil olmayıb və "sənəd daxil olandan sonra öyrəniləcək". Avqustun 24-də Gürcüstanın Qori şəhəri yaxınlığında Azərbaycanın neft qatarının partladılması ilə bağlı "Turan"ın sualına X.İbrahimin cavabı belə olub ki, qatarların və digər vasitələrin təhlükəsizliyinə ərazisindən keçən ölkə cavabdehdir:"Gürcüstan neft çənlərinin bir hissəsini xilas edib və qatarın mina ilə partladılması barədə rəsmi məlumat yayıb". Diplomat qeyd edib ki, Azərbaycan Gürcüstan vasitəsilə Avropaya yük göndərməyi davam etdirəcək. X.İbrahim Türkiyə-Ermənistan əlaqələrinin istiləşməsi barədəki xəbərlərə də münasibət bildirib: "Hər bir dövlət öz xarici siyasətini müstəqil şəkildə müəyyən edir. Türkiyə isə dəfələrlə bəyan edib ki, Ermənistanla münasibətlərin qurulması üçün ilk öncə Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır". X.İbrahim Rusiya-NATO gərginliyinin Azərbaycanın siyasətinə təsir göstərməyəcəyini bildirib: "Hər hansı dövlətlər və ya təşkilatlar arasında yaranmış gərginlik xarici siyasətimizə təsir göstərmir. Azərbaycanın NATO və Rusiya ilə münasibətləri dəyişməz olaraq qalır". O, Azərbaycanın hər hansı dövlətlə hərbi müttəfiqliyi məsələsinin də gündəlikdə olmadığını deyib: "Hər bir dövlət ilk öncə öz qüdrətinə güvənməlidir". Diplomatın sözlərinə görə, Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) özünə təhlükə görmür. Qurumun baş katibi Nikolay Bordyujanın "KTMT-ya üzv olan ölkələrə təcavüz olduğu təqdirdə təşkilata üzv bütün ölkələr təcavüzə məruz qalmış ölkəni dəstəkləyəcək" fikrinə münasibət bildirən Xəzər İbrahim bunun yeni söz olmadığını deyib: "Bordyuja yeni bir şey deməyib, bu məsələ təşkilatın nizamnaməsində əksini tapıb. Azərbaycan heç bir ölkəyə qarşı təcavüz etməyib və belə bir niyyəti yoxdur. Azərbaycanın meyarı yalnız öz ərazisinin bütövlüyünü bərpa etməkdir, bunu da öz ərazisində edəcək" (APA). Xatırladaq ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı 1992-ci ilin mayında yaradılıb. Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan və Ermənistan bu təşkilatın üzvləridir. Bu il ABŞ-Azərbaycan təhlükəsizlik məsləhətləşmələri olacaq. "Məsələ gündəlikdədir",-deyə bildirən XİN sözçüsü məsləhətləşmələrin nə vaxt olacağını deməyib. Bəkir NƏRİMANOĞLU express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar