SON XƏBƏRLƏR

Moskvanın yeni status-kvo fırıldağı

2021.10.20, 07:36
Moskvanın yeni status-kvo fırıldağı

Gunaz.tv
Moskvanın yeni status-kvo fırıldağı lavrov.jpg "Rusiya sabah Dağlıq Qarabağdakı separatçıları da beynəlxalq aləmə tərəf kimi təqdim edib, Azərbaycanla separatçı rejimin güc tətbiq edilməməsi haqqında saziş imzalanmasını gündəmə gətirə bilər" Rusiya XİN-in rəhbəri Sergey Lavrov Moskvanın gürcü-abxaz münaqişəsinin güc yolu ilə həllinin mümkünlüyü barədə söhbətlərə son qoymaq istədiyini açıqlayıb. O bildirib ki, Gürcüstanın məsələsini BMT səviyyəsinə qaldırmaq vaxtı çoxdan çatıb və Rusiya bunu edib. Söhbət Təhlükəsizlik Şurasına tərəflər arasında güc tətbiq edilməməsi haqqında sazişin imzalanmasına yönələn qətnamə layihəsinin gündəmə gətirilməsindən gedir. Rəvan Məmmədli Onun sözlərinə görə, son günlərdə bu məsələ üzərində iş aparılıb, amma sənəd "Qərb tərəfdaşlarının" qəti etirazına görə dayandırılıb: "Bizim Qərb tərəfdaşlarımız bu tələbi həmçinin qaçqınların qayıtması ilə bağlı sənədin imzalanması ilə əlaqələndirmək istəyirlər ki, bu da hazırki mərhələdə tamamilə qeyri-realdır. Belə ki, ümumiyyətlə qaçqınların qayıtması məsələsi əvvəlcə vəziyyətin sakitləşməsini, etibarın bərpa olmasını tələb edir və yalnız bundan sora bu mövzunu predmet planda nəzərdən keçirməyə ehtiyac yaranır". Sergey Lavrov hesab edir ki, münaqişə zonasını tərk etmiş insanların qayıtması istənilən nizamlamanın ən çətin aspektlərindən biridir. Məsələylə bağlı fikirlərini öyrəndiyimiz Azərbaycanın Rusiyadakı sabiq səfiri Hikmət Hacızadə deyir ki, ölkəmiz Avropa Şurasına daxil olanda Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı güc tətbiq etməyəcəyi barədə öhdəlik götürüb. Əslində bir çox Avropa strukturlarında bu mahiyyətdə sənədlərin qəbulunun gündəmə gəlməsində şimal qonşumuz bu və ya digər şəkildə rol oynayıb: "Məsələnin mahiyyəti və verilən mesaj budur ki, sülh yoluyla heç nə alınmayacaq, Moskva bunu yol verməyəcək, müharibə də olmayacaq, münaqişələr necə var, eləcə də Rusiyanın əlində qalacaq. Cəhdlər status-kvonun saxlanmasına yönəlib". Hikmət Hacızadə bildirdi ki, BMT Təhlükəsizlik Şurası istisnayla, digər qurumlarda qəbul olunan sənədlər təbliğati əhəmiyyət daşıyır, elə də ciddi önəm kəsb etmir. Yəni Avropa Şurası qarşısında götürülən öhdəliyə baxmayaraq, kimin gücü varsa, müharibə yoluyla problemini həll edə bilər, Moskvanın atılıb-düşməyi də özünə qalar: "Amma BMT Təhlükəsizlik Şurası səviyyəsində hər hansı qərarın verilməsi, qətnamənin qəbulu ciddi bir məsələdir. Məhz ona görə də Təhlükəsizlik Şurasındakı Qərb dövlətləri Rusiyanın bu qənamə layihəsinə qarşı çıxır, paralel olaraq separatçı Abxaziyaya qaçqınların qayıtmasını da tələb edirlər. Moskva əslində diplomatik biclik etməyə çalışır". Bütün bunlara baxmayaraq, sabiq səfir hesab edir ki, son addım Rusiyanın köhnə siyasətini daha üstün, inkişaf etmiş bir mərhələyə keçirdiyinin göstəricisidir: "Bu, şimal qonşumuzun imperialist siyasətində bir addım qabağa atdığını göstərir. Bunu belə qəbul etmək lazımdır. Bu gün separatçı Abxaziyanı açıq şəkildə "tərəf" kimi göstərən Rusiya sabah Dağlıq Qarabağdakı separatçıları da beynəlxalq aləmə tərəf kimi təqdim edib, Azərbaycanla separatçı rejimin güc tətbiq edilməməsi haqqında saziş imzalanmasını gündəmə gətirə bilər. Bu təhlükə var". xalqcebhesi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar