SON XƏBƏRLƏR

Mülki vəsiqə qərarının məbləğinin artırıldığı iki fəal Təbriz zinanına aparılıb

2021.10.20, 07:36
Mülki vəsiqə qərarının məbləğinin artırıldığı iki fəal Təbriz zinanına aparılıb

Gunaz.tv

GünAz TV: Təbriz İnqilab Məhkəməsinin 12-ci Şöbəsi Yusif Sələhşur və Davud Mahmudi adlı iki azərbaycanlı fəal barəsində çıxarılan mülki vəsiqə qərarının məbləğini artıraraq onları Təbriz zindanının karatin bölümünə göndərib.

 

Fəalların məhkəmə iclası mayın 8-də İnqilab Məhkəməsinin 12-ci şöbəsində hakim Əsğər Qənbərinin sədrliyi ilə keçirilib. Onların ümumi nizam-intizamı pozmaq və təhlükəsizlik qüvvələri ilə qarşıdurma yaratmaqda günahlandırıldığı bildirilir.

 

Hakim təhlükəsizlik orqanlarının təzyiqi ilə fəallar barəsində bundan əvvəl çıxarılan 50 milyon tümənlik mülki vəsiqə qərarını dəyişərək onların azadlığa buraxılması üçün 80 milyon tümənlik vəsiqə təyin edib. Bundan sonra fəallar Təbrizin həbsxanasına aparılıb.

 

Adını çəkdiyimiz fəallar Kərim Kərimi və Həmid Baği Beyrəq, həmçinin daha bir neçə fəalla birlikdə martın 1-də Təbrizin “Traxtur” futbol komandasının görüşündən sonra təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, onlar 50 milyon tümənlik mülki vəsiqə qarşılığında sərbəst buraxılmışdır.

 

Bu saxlamalar işğalçı Ermənistanın baş naziri Nikol Paşinyanın Xocalı soyqırımının ildönümündə Tehrana səfəri və ermənilərlə görüşü zamanı “Qarabağ bizimdir, vəssalam” plakatının qaldırılmasına edilən etirazlarla bağlı olub. Lakin təhlükəsizlik qüvvələri bunu başqa amillər, o cümlədən mülki geyimli məmurlarla qarşıdurma ilə əlaqələndirib, fəallar həmin raporta görə məhkəmədə mühakimə olunub.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar