SON XƏBƏRLƏR

MÜSAVAT PARTİYASI RUSİYANIN GÜRCÜSTANA HÜCUMUNU PİSLƏYİB

2021.10.20, 07:36
MÜSAVAT PARTİYASI RUSİYANIN GÜRCÜSTANA HÜCUMUNU PİSLƏYİB

Gunaz.tv
MÜSAVAT PARTİYASI RUSİYANIN GÜRCÜSTANA HÜCUMUNU PİSLƏYİB musavat.jpg “Gürcüstanın Cənubi Osetiyadakı separatçı qüvvələrin provokasiyalarına son qoymaq, öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmək cəhdləri Rusiyanın müqaviməti ilə qarşılaşıb. “Bölgədə sülhü bərpa etmək” bəhanəsi ilə silahlı qüvvələri müstəqil bir dövlətin – Gürcüstanın ərazisinə təcavüz edən Rusiya beynəlxalq hüquq normalarını kobudcasına pozub. Rusiya aviasiyasının yalnız münaqişə bölgəsində deyil, Gürcüstanın bütün ərazisində kəşfiyyat, hücum və bombardman həyata keçirməsi Moskvanın əsl niyyətlərindən xəbər verir”. Bu bəyanatla Azərbaycanın müxalifət partiyalarından olan Müsavat Partiyası çıxış edib. Təşkilatın mətbuat xidmətindən daxil olan bəyanatda bildirilib ki, çoxsaylı dağıntı, tələfat və humanitar fəlakətlə müşayiət olunan gerçək müharibə şəraiti beynəlxalq birliyin, ilk növbədə azad dünyanın qətiyyəti və təcili addımlar atmasını zəruri edir: “ Müharibənin dayandırılması, məsələnin Gürcüstanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll olunması təmin edilməlidir”. Müsavat Partiyası Azərbaycan hökumətini müttəfiq dövlət olan Gürcüstana tam mənəvi, siyasi və humanitar dəstək vermək üçün tələb olunan bütün addımları atmağa çağırır. /APA/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar