SON XƏBƏRLƏR

Müxalifət Ərdoğanı seçkilərin nəticələrini tanımağa çağırdı

2021.10.20, 07:36
Müxalifət Ərdoğanı seçkilərin nəticələrini tanımağa çağırdı

Gunaz.tv

GünAz TV: Türkiyə müxalifəti prezident Rəcəb Tayyib Ərdoğanı və hakim partiyanı seçkilərin nəticələrini tanımağa çağırıb. 

 

T24.com.tr portalının məlumatına görə, bu gün Türkiyənin Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlu və İYİ partiyasının sədri Meral Akşener görüşüb. 

 

Görüş Ərdoğanın İstanbulda keçirilən bələdiyyə seçkilərində qayda pozuntuları olmasına dair bəyanatından sonra baş tutub. 

 

Kılıçdaroğlu deyib ki, onlar səslərin yenidən hesablanmasına qarşı deyillər, ancaq bu, qanun çərçivəsində baş tutmalıdır. 

 

“Mən Mərkəzi Seçkilər İdarəsinə səslənirəm, onlar 38 rayonun səslərini yenidən hesablamaq istəyirlər. Hansı səbəblərdən? Səsvermənin nəticələri ilə bağlı protokol sənədlər hakim partiya nümayəndələri tərəfindən imzalanıb. Əgər razı deyildilərsə, niyə imza çəkiblər?”, - Kılıçdaroğlu əlavə edib. 

 

Öz növbəsində, Meral Akşener bildirib ki, xalq öz iradəsinə qarşı bu cür hörmətsizliyi bağışlamayacaq. 

 

“Çox təhlükəli vəziyyət yaranıb. Onlar deyir ki, əgər qələbə qazanmayıblarsa, seçkilər vacib deyil. İstanbuldakı seçkilərin nəticələrini qəbul etməməklə onlar xalqın seçki iradəsinə qarşı çıxırlar.

 

Ancaq unutmaq olmaz ki, bu xalq hətta Kənan Evrenə belə qulaq asmayıb. Ərdoğana səslənmək istəyirəm ki, o, düzgün yolda deyil. Bu cür hadisələr yalnız Afrikada baş verir. Bu xalq bunu onlara bağışlamayacaq”, - partiya lideri bildirib. Oxu.az

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar