Bu barədə Al Arabiya” telekanalı Agentliyin rəsmi nümayəndəsinin bəyanatına istinadən məlumat yayıb.
“İranın dəvəti ilə AEBA-nın texniki qrupu bazar günü Tehrana gedəcək”, - nəşr rəsmiyə istinadən bildirib.
Səfərin məqsədi İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsində nəzərdə tutulan təminatlar üzrə öhdəliklərini yerinə yetirməsi ilə bağlı məsələləri həll etmək olacaq.
Qeyd edək ki, dekabrın 14-də İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami AEBA nümayəndələrinin yaxın günlərdə Tehrana səfər edəcəyini açıqlamışdı.(Report.az)
Timur