SON XƏBƏRLƏR

Nadir Qazipur: Türk olduğum üçün fəxr edirəm - VİDEO

2021.10.20, 07:36
Nadir Qazipur: Türk olduğum üçün fəxr edirəm - VİDEO

Gunaz.tv

GünAz TV: Urmiyənin İran parlamentindəki millət vəkili Nadir Qazipur Amuzeş telekanalındakı çıxışında türk dili və millətinə mənsub olduğundan qürur duyduğunu deyib.

 

Millət vəkili öz söhbətinin videosunu İnstaqram səhifəsində yayaraq sosial şəbəkə istifadəçilərinin rəğbətini qazanıb.

 

Orta məktəbdə yaxşı oxuduğunu, lakin fars ədəbiyyatında zəif olduğunu bildirən N.Qazipur bəyan ki, “türk olduğumla fəxr edirəm. Ləhcəsi olmaq ləkəsi olmaqdan daha yaxşıdır. Həmçinin fəxr edirəm ki, siyasətdə müstəqilləm və öz mövqeyim var. Mən əhalinin xeyiri nədirsə, onun tərəfdarıyam...”

 

Video:

https://www.youtube.com/watch?time_continue=35&v=OyGnazIXSQE

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar