SON XƏBƏRLƏR

NATO ekspertləri Azərbaycan hərbçilərinin qiymətləndirici təlimini yüksək qiymətləndiriblər

2021.10.20, 07:36
NATO ekspertləri Azərbaycan hərbçilərinin qiymətləndirici təlimini yüksək qiymətləndiriblər

Gunaz.tv
NATO ekspertləri Azərbaycan hərbçilərinin qiymətləndirici təlimini yüksək qiymətləndiriblər Bakı-APA. Bu ilin mayında NATO-nun Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində Ortaq Qüvvələr Birliyinə bəyan edilmiş Azərbaycan Silahlı Qüvvələri bölüyünün 1-ci səviyyəli NATO qiymətləndirməsi təlimi keçirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, NATO-nun Birləşmiş Qüvvələr Komandanlığının 6 zabiti qiymətləndiricilər qrupunun üzvü qismində təlimi yaxından izləyiblər. Şərti ssenariyə uyğun olaraq, təlimlərdə NATO standartlarına uyğunlaşmanın 15 elementi üzrə tapşırıq (arama və axtarma, humanitar yüklərin müşayiət edilməsi, yerli əhali ilə münasibətlər, iğtişaşlar zamanı davranış qaydaları, media ilə ünsiyyət, obyektlərin mühafizəsi, nəzarət-buraxılış məntəqələrinin yaradılması, qanunsuz maddələrin aşkarlanması, vertolyotla evakuasiya, hərbi-mülki əməkdaşlıq, partlayıcı maddələrin aşkarlanması zamanı hərəkət tərzləri, şübhəli şəxslərin axtarılması, hücumun təşkili və aparılması, ingilis dilinin səviyyəsi) icra edilib. Artıq NATO-nun Birləşmiş Qüvvələr Komandanlığının qiymətləndiricilər qrupuna daxil olan ekspertlərin hesabatı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə təqdim edilib. Hesabatda Ortaq Qüvvələr Birliyinə bəyan edilmiş Azərbaycan Silahlı Qüvvələri bölüyünün 1-ci səviyyəli NATO qiymətləndirməsinin uğurla yerinə yetirildiyi qeyd edilib. apa

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar