SON XƏBƏRLƏR

Nazənin Zağəri koronavirus pandemiyasına görə müvəqqəti olaraq azadlığa buraxılıb

2021.10.20, 07:36
Nazənin Zağəri koronavirus pandemiyasına görə müvəqqəti olaraq azadlığa buraxılıb

Gunaz.tv

GünAz TV: İran əsilli Britaniya vətəndaşı Nazənin Zağəri Ratklif müvəqqəti olaraq azadlığa buraxılıb.

 

Faktı Britaniyanın Xarici İşlər naziri Dominik Raab da təsdiqləyib.

 

Nazənin Zağərinin həyat yoldaşı Riçard Ratklif də xanımının koronavirus təhlükəsinə görə dünən günorta saatlarından etibarən aprel ayının 4-nə qədər müvəqqəti olaraq azadlığa buraxılmasını təsdiq edib. O əlavə edib ki, xanım Nazənin Zağərinin azadlıqda olduğu müddətdə izlənilmək üçün topuğuna xüsusi bilərzik taxılıb.

 

Britaniya vətəndaşı olan Nazənin Zağəri 2016-cı ildə ailəsi ilə görüşmək üçün İrana səfər etmişdi. O, ölkədən çıxarkən Tehran hava limanında İran təhlükəsizlik qüvvələri tərəfindən azyaşlı qızı Qabriyela ilə birlikdə saxlanılmışdı. Xanım Zağəri “casusluq” ittihamı ilə 5 il müddətinə azadlıqdan məhrum edilib.


Evin həbsxanasında saxlanılan Nazənin Zağəri burada psixoloji təzyiqlərə də məruz qalır. “Amnesty İnternational” təşkilatının Britaniya şöbəsinin rəhbəri Keit İran rəsmilərinin Nazənin Zağərə qarşı etdiklərini amansızlıq və vicdansızlıq adlandırıb.

 

Qeyd edək ki, bir çox ölkə vətəndaşlarına qarşı qondarma ittihamlar irəli sürərək, onları həbs etmək İranın siyasi kurslarından biridir. Rəsmi Tehran bu “məhkumlar”dan Qərbdən pul almaq və ya onları hər hansısa bir sövdələşməyə məcbur etmək üçün girov kimi istifadə edir. Bu günə qədər onlarla müxtəlif ölkələrdən olan sivil insanlar İran rejimi tərəfindən bu cür qondarma ittihamlarla həbs edilib.

 

Ə.A

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar