SON XƏBƏRLƏR

Nə tələb, nə sübut...

2021.10.20, 07:36
Nə tələb, nə sübut...

Gunaz.tv
Nə tələb, nə sübut... shusha03.jpg Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburq görüşündən sonra Xarici İşlər naziri Elmar Məmmədyarov səviyyəsində belə bildirildi ki, Dağlıq Qarabağa ən yüksək status verilə bilər. Hətta Tatarıstan variantı da istisna olunmadı. Tatarıstan variantı ilə bağlı məsələyə Azərbaycanın siyasi ekspertlərindən bəziləri müsbət münasibət bildirsə də, ancaq bir çoxları bunu məqbul saymadılar. Sonuncuların fikrincə, Rusiya federativ, Azərbaycan isə unitar dövlətdir. Əgər bu variantın üzərində dayanılarsa, o zaman Azərbaycan federasiyalara bölünə bilər. Kənardan Dağlıq Qarabağ problemi ətrafında gedən prosesləri izləyən hər hansı bir Azərbaycan vətəndaşı çox güman hiss edir ki, beynəlxalq təşkilatlar və suprgüclər necə olur-olsun ölkəmizi sülh masasına doğru çəkməyə çalışırlar. Arzu Şirinova Təbii ki, bu zaman sözügedən təşkilatları və ölkələri Azərbaycanın maraqları heç də ilgiləndirmir. Necə ki, bu günə kimi ilgiləndirməyib. Onlar hər zaman olduğu kimi yenə də güzəşt məsələsini ortaya atıb, problemin tezliklə həllinə çalışırlar. Bu isə bizə sevgidən irəli gəlmir. Onların belə canfəşanlıqları prezident seçkiləri ərəfəsində Azərbaycan hakimiyyətini sıxışdırmaq, Ermənistanın maraqlarına uyğun nələrəsə nail olmaqdır. Mənim söylədiklərimdə bir əsas da var. Çünki Ermənistanda keçirilən prezident seçkiləri ərəfəsində nə supergüc sayılan dövlətlər, nə də beynəlxalq təşkilatlar, eləcə də ATƏT-in Minsk qrupunun həmsədrləri indiki kimi canfəşanlıq göstərmirdilər. Əksinə, deyirdilər ki, Ermənistanda seçkilərdir, ona görə də danışıqların elə də əhəmiyyəti olmaya bilər. Bu gün Azərbaycanda da prezident seçkilərinə hazırlıq görülür. Yəni ölkə vətəndaşları özünün yeni rəhbərini seçmək ərəfəsindədir. Ancaq ATƏT-in Minsk qrupu, əsasən də Rusiya danışıqların intensiv keçirilməsinə çalışır. İki gün öncə Rusiyanın təşkilatçılığı ilə Moskva-Bakı-İrəvan virtual mətbuat konfransı da buna hesablanmış bir şou idi. Ermənistan da öz aktivliyi ilə seçilir. Yəni bu ölkənin Xarici İşlər naziri Edvard Nalbadyan bir daha israrla bildirir ki, Dağlıq Qarabağ tərəf kimi danışıqlara qatılmalıdır. O eyni zamanda əlavə edib ki, "onsuzda Dağlıq Qarabağ tərəf kimi danışıqlarda iştirak edir". Belə baxanda Nalbadyanın dediklərində bir həqiqət var. Çünki həmsədrlər regiona səfər edən zaman Xankəndinə də gedir və orada separatçıların rəhbəri ilə görüşürlər. Ancaq fərqinə varmırlar ki, Qarabağın erməni icmasının rəhbəri olduğu kimi, Qarabağın Azərbaycan icmasının da rəhbəri var. Yəni bir dəfə də olsun onlar Qarabağın Azərbaycan icmasının rəhbəri Nizami Bəhmənovla görüşməyiblər. Bunun birinci günahı isə özümüzdədir. Mən həm də bir vətəndaş olaraq belə qənaətə gəlmişəm ki, biz nələrisə tələb edə və nələrisə sübuta yetirə bilmirik. Tələbimiz ən yaxşı halda yumşaq formada səslənir ki, bunun da elə bir effekti olmur. Sübuta gəlincə, bunun da öhdəsindən gələ bilmirik. Çünki son illər ermənilərin işğal etdiyi ərazilərimizi od vuraraq yandırmalarını sübuta yetirməkdə acizik. Yəni Azərbaycanın işğal altında olan ərazilərində ermənilərin yanğın törətməsini aşkarlamaq üçün bölgəyə dəvət olunmuş beynəlxalq nümayəndələrə anlada bilmirik ki, yanğını ermənilər törədiblər. Həmin nümayəndələrin "yanğını hansı tərəfin törətməsini təyin etmək olmur" cəfəng fikirlərinə qulaq asmaqdan başqa çarəmiz qalmır. Daha onlara deyə bilmirik ki, biz hansı əsasla öz torpaqlarımıza od vurub yandırmalıyıq? Verilən son məlumata görə, Ermənistan silahlı qüvvələri Azərbaycanın Ağdam rayonunun işğal altında olan ərazilərində üç istiqamətdən yanğınlar törətməyə başlayıblar. Yanğın Qaraqaşlı kəndi istiqamətindən təmas xəttinin Azərbaycanın nəzarətində olan hissəsinə keçib. Eyni zamanda yanğın Ağdamın Çəmənli kəndinin qəbristanlığının yaxınlığına qədər bütün ərazini bürüyüb. Qeyd edək ki, yanğının təmas xəttini keçdiyi ərazilərdə ətraf kəndlərin sakinlərinə məxsus hektarlarla taxıl zəmiləri var. xxx İki gündür televiziya və mətbuatda əcnəbi təşkilatların yerli fəhlələrlə pis rəftarı haqqında məlumat verilir, 500 nəfər işçinin tətil etdiyi bildirilir. Məlumatda qeyd olunur ki, neft-qaz sənayesində fəaliyyət göstərən "Kaspian Shipyard Kompany" şirkətinin rəhbərliyi əcnəbilərlə yerli fəhlələr arasında ayrıseçkilik yaradır. Belə ki, xarici vətəndaşlara yüksək əməkhaqqı verildiyi təqdirdə, yerli fəhlələrə ondan xeyli aşağı olmaqla əməkhaqqı ödənilir. Bununla yanaşı fəhlələrin məzuniyyət vaxtında da fərq qoyulur. Yerlilərə 21 gün, əcnəbilərə isə 40 gün olmaqla məzuniyyət verilir. Xatırladaq ki, bu aksiya Azərbaycandakı xarici şirkətlərdə çalışan işçilərin son 5 ayda 6-cı tətilidir. Həmin tətillərdə də eyni tələb səsləndirilmiş və göstərilən münasibət pislənilmişdi. Görəsən bu cür münasibət nədən qaynaqlanır? Verilən qeyri-rəsmi məlumatlara görə, ölkəmizdə fəaliyyət göstərən xarici şirkətlərin rəhbərləri əməllərini belə əsaslandırırlar: "Azərbaycanda əməkhaqqı çox aşağı səviyyədədir. Ona görə də bunu nəzərə alaraq biz hələ nisbətən fərqli maaş veririk". Deməli, bu münasibət həm də özümüzdən gəlir. Azərbaycan hakimiyyəti insanların normal yaşaması üçün onlara əməkhaqqı verilməsini nəzərdə tutsa, çox güman ki, ölkəmizə gələn hər hansı bir şirkət burada yerli fəhlələrlə bu cür rəftar etməz. Xarici şirkətlərin rəhbərlərinin və orada çalışan əcnəbilərin Azərbaycana, vətəndaşlarına münasibəti bununla kifayətlənmir. Eyni zamanda əcnəbilər Azərbaycan dövlətinə və onun atributlarına da hörmətlə yanaşmırlar. Hətta bir dəfə bayrağımız onlar tərəfindən təhqir edilmiş, ayaqlar altına atılaraq tapdalanmışdı. Bu yaramazlığı törədən əcnəbi cəzanlandırılmaq əvəzinə, rəzilliyə etiraz edən azərbaycanlı işdən qovulmuşdu. xalqcebhesi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar