SON XƏBƏRLƏR

Netanyahu: “İran illik olaraq Hizbullaha 700 milyon dollar verir”

2021.10.20, 07:36
Netanyahu: “İran illik olaraq Hizbullaha 700 milyon dollar verir”

Gunaz.tv

GünAz TV: İsrailin Baş Naziri Benyamin Netanyahu İranın hər il “Hizbullah” terror təşkilatına azı 700 milyon dollar göndərdiyini deyib.

 

Netanyahunun sözlərinə görə, bu pullar müxtəlif yollarla təşkilata göndərilir. Belə ki, məbləğdən 100 milyon dollardan çoxu İran Xarici İşlər Nazirliyinin diplomatik reysləri ilə Livana aparılır, daha sonra İsrailə qarşı istifadə olunmaq üçün gizli yollarla “Hizbullah”a ötürülür.

 

İsrail Baş Naziri əlavə edib ki, İranın “Hizbullah” kimi digər terror təşkilatları və şiə yaraqlılarına verdiyi milyardlarla dollar pul İsrail də daxil olmaqla, region ölkərində sabitlik və təhlükəsizliyi pozmaq hədəfi güdür. O, İrana xəbərdarlıq edərək, ölkəsinin sabitliyinə qarşı atılmış hər bir addıma 1000 qatı ilə əvəz verəcəklərini deyib.

 

Bundan öncə, ötən həftənin cümə və şənbə günləri körfəz ölkələri, Ərəb Dövlətləri Liqası və İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin rəhbərlərinin iştirakı ilə Məkkə şəhərində keçirilmiş görüşün sonunda Səudiyyə Ərəbistanın kralı Salman bin Əbdüləziz də İranın və ona bağlı şiə yaraqlıların region ölkələrin sabitliyini təhlükəyə atdığını demişdi.

 

Lakin son 1 ildə Amerikanın rəsmi Tehrana qarşı tətbiq etdiyi sanksiyalar səbəbindən “Hizbullah” da daxil olmaqla, İranın maliyyələşdirdiyi yaraqlılar böyük maliyyə problemləri ilə üzləşiblər. Bu xüsusda ABŞ Dövlət Departamentinin mayın 29-da yaydığı məlumatda bildirilir ki, maliyyə problemi səbəbindən İran Suriyada döyüşən “Hizbullah” üzvlərinin əksəriyyətini bu ölkədən çıxarıb.

 

Bundan başqa, “Hizbullah” son aylar yaşadığı maliyyə problemini kompensasiya etmək üçün özünə məxsus “Əl-Mənar” televiziya kanalında ixtisarlar aparıb, muzdurlarına ödədiyi aylıq muzdun miqdarını aşağı salıb və Livanın cənubunda yerləşən mülklərinin çoxunu satıb.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar