SON XƏBƏRLƏR

Nəticəsiz səfər

2021.10.20, 07:36
Nəticəsiz səfər

Gunaz.tv
Nəticəsiz səfər medvedev1.jpg Yaxud "ağıllı oğlan"ın "qaz"lı iddiaları Sergey Markedonov: "Bakı heç zaman Moskvanın Cənubi Qafqaz siyasətində Ermənistanı əvəz edə bilməyəcək" Dmitri Medvedyevin Azərbaycana səfərini mətbuata şərh edən rusiyalı ekspert Sergey Markedonov bu faktın lazım gəldiyindən yüksək dəyərləndirilməsinin tərəfdarı olmadığını bildirib. Onun sözlərinə görə, Azərbaycan-Rusiya arasında obeyktiv səbəblərdən mövcud olan çoxlu sayda məhdudiyyətlər var: "Bakı üçün Moskvanın Dağlıq Qarabağ münaqişəsilə bağlı mövqeyi qəbulolunan deyil. Eyni zamanda, Kremli Azərbaycanın NATO-ya yaxınlaşması, Gürcüstanla ənənəvi isti münasibətləri və s. qane etmir. Dmitri Medveyevin səfəri xeyli sayda məsələləri həll edə bilmədi. Mənim qənaətimə görə Rusiya prezidenti Azərbaycana, Türkmənistana və Qazaxıstana səfər etməklə bu ölkələrin mövqelərilə yaxından tanış olmaq istəyirdi". Markedonov son illərdə Rusiyada enerji məsələlərinin siyasi motivlərlə daha çox çulğalaşdığını da dilə gətirib və qeyd edib ki, Moskvanın Bakı ilə münasibətlərində 2006-cı ildən başlayaraq nəzərə çarpan soyuqluq əsasən təbii qazın nəqli və Azərbaycan-Gürcüstan münasibətlərilə bağlıdır. Ekspert Azərbaycan-Rusiya münasibətlərinin perspektivinə toxunaraq qeyd edib ki, Bakı heç zaman Moskvanın Cənubi Qafqaz siyasətində Ermənistanı əvəz edə bilməyəcək: "Azərbaycan Qafqazda Rusiyanın əsas tərəfdaşı olmayacaq". Medvedyevin postsovet məkanındakı "enerji dövlətləri"nə səfəri Rusiyanın müxtəlif mətbuat orqanlarında oxşar motivlərlə şərh olunur ki, bu da təsadüfi deyil. Çünki Rusiya prezidenti Xəzər hövzəsindən əliboş qayıdıb. Yəni, enerji sahəsində heç bir konkret müqavilə imzalanmayıb. İtaliyalı ekspert Federiko Bordonaro Medvedevin Xəzər hövzəsinə səfərini belə izah edir: "Rusların bu addımının çox mühüm səbəbi var. Bəziləri "Qazprom"un müştərilərini razı salacağına şübhə edir. Göründüyü kimi, rusların Azərbaycan və türkmən qazı kimi möhkəm dəstəkləri olsa, onlar yalnız Rusiyanın qaz ehtiyatlarına güvənmək kimi təhlükədən uzaq olar və müştərilərini razı salmaq qabiliyyətləri artar". Ekspert Bruce Pennier yazır ki, Azərbaycan 1993-cü ildə Bakı-Tbilisi-Ceyhan neft layihəsinə razılıq verməklə Xəzəryanı ölkələrə nümunə göstərdi ki, enerjini Rusiyasız da ixrac etmək olar. Digər tərəfdən, Çin Qazaxıstan və Türkmənistanda enerji layihələrini maliyyələşdirib, Avropaya nümunə oldu. İndi Avropa da Azərbaycan, Türkmənistan və Qazaxıstanla razılaşmağa çalışır, yeni layihələri maliyyələşdirmək istəyir ki, Rusiyadan enerji asılılığından qurtarsın. Amma Rusiya da boş dayanmayıb. "Qazprom"un başçısı Miller bu il Türkmənistanda tez-tez görünən qonaqlardan olub. Bu dəfə Aşqabadda olanda Miller deyib ki, "Qazprom" Türkmənistandan aldığı qazın həcmini artırmağa çalışır. Hərçənd qiymətlə bağlı hələ razılıq yoxdur. Türkmənistan Rusiyaya qazın min kubmetrini 150 dollara satırdısa, indi bazar qiymətlərinə satmaq istəyir. Bütün bunlara baxmayaraq, rus mətbuatı Medvedyevin Xəzər hövzəsinə səfərini böyük uğur kimi qiymətləndirir, Türkmənistanın Nabucco layihəsində iştirak etmək niyyətində olmadığını yazırlar. Nabucco layihəsi Asiya qazının Avropaya çıxarılması üçün nəzərdə tutulub və Rusiyanın planlarını pozur. Amma ekspertlərin fikrincə, Medvedevin səfərinin əsil uğuru ölkəsinin qaz kəmərlərini reklam etməsi olub. Azərbaycanda olanda Medvedyev dedi ki, indiyə qədər rus qazını Azərbaycana daşıyan kəmər, Azərbaycan qazını Rusiyaya daşımaq üçün istifadə oluna bilər. Analitik Bordonaro isə deyir ki, bu cür sövdələşmə "Qazprom" üçün nə qədər sərfəlidirsə, başqa layihələr üçün bir o qədər zərərli ola bilər: "Əgər "Qazprom" Azərbaycanın qaz bazarına yenidən, həm də daha güclü şəkildə daxil olsa, Azərbaycandan da, Türkmənistandan da daha artıq qaz ala və onu istədiyi ölkəyə sata bilər. Bununla Rusiya Qərbin Transxəzər, Nabucco layihələrini baltalamış olar". Medvedev Qazaxıstan və Türkmənistanda da oxşar çıxışlar edib. Türkmənistan rəsmiləriylə görüşündə o Xəzər sahili boyu yeni kəmərin tikildiyini xatırladıb. Onu da deyib ki, tikilməkdə olan dəmiryolu da türkmən qazını Qərbə Rusiya vasitəsiylə daşımağa kömək edə bilər. Lakin Türkmənistan prezidentinin mövqeyi fərqlidir və onun ölkəsinin Rusiyanın enerji dəhlizlərindən asılılığına son qoymaq niyyəti göz qabağındadır. Bu baxımdan, Medvedeyvin səfəri Rusiya mətbuatının təqdim etdiyi kimi bir o qədər də uğurlu alınmayıb. xalqcebhesi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar