SON XƏBƏRLƏR

Güney Azərbaycan şəhərlərində təqaüdçülərin etiraz aksiyaları davam edir-VİDEO

2022.06.12, 09:06
Güney Azərbaycan şəhərlərində təqaüdçülərin etiraz aksiyaları davam edir-VİDEO

Gunaz.tv

İyunun 12-i səhər saatlarından başlayaraq Güney Azərbaycanın bir neçə şəhərində, o cümlədən Ərdəbil, Təbriz, Zəngan və Həmədan şəhərlərində təqaüdçülər Əmək və Sosial Rifah İdarələrinin qarşısına toplaşaraq növbəti etiraz aksiyalarını keçirirlər.

Neçə aydır həftəlik davam edən və son vaxtlar ardıcıl keçirilən aksiyalara qoşulan etirazçılar bu günə kimi irəli sürdükləri tələblərinin yerinə yetirilmədiyindən narazılıqlarını bildiriblər.

Onlar maaş və pensiyaların aşağı olmasından, əlavə sığorta problemlərindən və həyat şəraitinin pis olmasından şikayətlənib, inflyasiya ilə onların təqaüdlərinin uyğun olmadığını söyləyiblər.

Özəlliklə Zəngan şəhərində təqaüdçülər iki həftədir ardıcıl aksiya keçirir, hökumətin təqüdlərin qaldırılması, gecikdirilən ödənişlərin verilməsi ilə bağlı vədlərinin yerinə yetirilmədiyindən narazılıqlarını bildirilər.

Zəngan təqaüdçüləri "Biz təqaüdçülər yaddan çıxarılmışıq", "Yalandan deyirlər düşmənimiz Amerikadır, bizim düşmənimiz buradadır" kimi şarlar, Təbriz təqaüdçüləri isə bu şüarlarla yanaşı türkcə "Daş başıva Rəisi" şüarı səsləndiriblər.

Bununla yanaşı, İranın onlarla başqa şəhərində, o cümlədən Kirmanşah, Kərəc, Ərak və b. eyni istəklərlə aksiyaların keçirildiyi bildirilir. 

Qeyd edək ki, iyunun 6-da Təbrizdə təqaüdçülərin növbəti etiraz aksiyası  hökumətə qarşı mitinqə çevrilmişdir.

Mitinq yerinə cəlb olunan polis qüvvələri “Rəisiyə ölüm”, “ləyaqətsiz nazir istefa, istefa”, “vədlər yetər, süfrələrimiz boşdur”, "ölüm olsun xalqı aldadan dövlətə" şüarları verən aksiyaçıların qarşısını ala bilməyib.

Bu günə kimi təqaüdçülərin istək və müraciətlərinə ciddi əhəmiyyət verilmədiyi halda, Təbrizdə keçirilən aksiyanın dahada genişlənməsindən, hökumət əleyhinə kəskin şüarların səsləndirilməsindən qorxan hökumət nümayəndələri onlarla görüşməyə məcbur olublar.

Şərqi Azərbaycan əyalətinin valisi Zeynəlabdin Rəzəvi Xurrəm narazı təqaüdçülərlə görüşüb və onların problemlərinin gündəmdə saxlanılması, istəklərinin diqqətdə saxlanılmasına söz verib.
 

 

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar