SON XƏBƏRLƏR

Güney Azərbaycanla bağlı səs gətirəcək film – İLK DƏFƏ

2022.11.12, 20:58
Güney Azərbaycanla bağlı səs gətirəcək film – İLK DƏFƏ

Gunaz.tv

Güney Azərbaycanda hazırda baş verməkdə olan hadisələr fonunda bu filmin daha geniş auditoriyaya təqdim edilməsinə zərurət var.

“Azərbaycanfilm” sözügedən filmə müşayiət mətni də əlavə edib: “Film 1945-1946-cı illərdə Güney Azərbaycanda baş verən hadisələri canlandırır. Film xalqın öz azadlıq və müstəqilliyi uğrunda apardığı mübarizəni, ölkədə gedən demokratik hərəkatı tərənnüm edir.

Filmdə öz xalqına qəlbən bağlı olanlar – Şeyx Xiyabani, Səttarxan, Bağırxan, Pişəvəri, Qulam Yəhya və başqaları haqqında söhbət açılır. Filmdə Güney Azərbaycanda müxtəlif illərdə çəkilmiş kinomateriallardan istifadə edilib.

Filmin çəkilişləri İranda aparılıb.
Rejissor: Esfir Şub
Ssenari müəllifləri: Esfir Şub, N.Şpikovski
Təsvir rejissorları: Muxtar Dadaşov, Seyfulla Bədəlov
Bəstəkar: Niyazi
İstehsalçı: Bakı kinostudiyası
Janr: publisistik”

Biz də düşünürük ki, məhz indiki məqamda bu film hər kəsin baxması üçün əlçatan olmalıdır. (bayraqdar.info)

Ayxan
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar