SON XƏBƏRLƏR

Güneyli Xaqana 6 ay mübarizədən sonra kimlik vəsiqəsi verildi

2022.12.17, 10:42
Güneyli Xaqana 6 ay mübarizədən sonra kimlik vəsiqəsi verildi

Gunaz.tv

Xaqanın atası Güney azərbaycanlı sənətçi Yunis Mahmudi özünün sosial media hesabında bu barədə paylaşım edib.

"Bulmuşam haqqı ənəlhəq söylərəm
Haqq mənəm, haq məndədir, haq söylərəm.
6 ay mübarizədən sonra Xaqanımın kimlik vəsiqəsini ala bildik. Bu nəticənin əldə edilməsində əməyi olan dəyərli vəkillər Əsgər Məhəmmədi və Hadi Əlipura təşəkkür edirəm",-deyə, o paylaşımında yazıb.

Qeyd edək ki, İran Qeydiyyat İdarəsinin azərbaycanlı uşaqlara türk adlarına görə kimlik vəsiqəsi verməməsi valideynlərin etirazları ilə qarşılanır və onlar məsələni sosial mediada ictimailəşdirməyə məcbur olurlar.

İnsan haqları sahəsində fəaliyyət göstərən təşkilatlar məsələ ilə bağlı  Beynəlxalq İnsan Hüquqları Müşahidəçiləri, İrqçiliyə Qarşı Komitə, Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Komitəsi və başqa beynəlxalq təşkilatlara şikayət və hesabatlar göndərib.

Bu hesabatda İran İslam Respublikası tərəfindən türklərə qarşı insan ləyaqətinin davamlı təhqir olunduğu vurğulanıb.  

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar