Beynəlxalq mediada güneyli məhbus Əkbər Nəimidən yazdı

29.03.2022, 12:50

Kanadada yaşayan güney azərbaycanlı hüquq müdafiəçisi Yaşar Həkkakpur “Radio Fərda”ya müsahibəsində Tehran şəhərinin Evin zindanın 4-cü bölməsində saxlanılan iki türk məhbus, Əkbər Nəimi və Tohid Əmir Əmini barədə danışıb.

Gunaz.tv Quote | Gunaz article

O, hər iki məhkuma qarşı təhlükəsizlik qurumlarının basqıları, onların qanunda nəzərdə tutulmuş tibbi məzuniyyətə göndərilmələrinə icazə verilməməsini və başqa bu kimi hərəkətləri qanunsuz adlandırıb.

“Biz İranda öz ana dilində dərs keçmək istəyənlərin ağır repressiyaya məruz qaldığı və həbs edildiyi prosesin şahidi oluruq.

Beynəlxalq Ana Dili Günü münasibəti ilə dinc yolla öz ana dilini öyrətməyə və yaşatmağa çalışan bir şəxsin həbsi və işgəncəyə məruz qalması azad dünyada rasionallıqdan, irrasionallıqdan uzaqdır.

Biz Azərbaycanın insan haqlarının müdafiəçiləri olaraq İran hökumətindən bu iki siyasi məhbusun qeyd-şərtsiz və şərti olaraq azad edilməsini tələb edirik”-deyə, Həkakpur bildirib.

Əkbər Nəimi iyunun 19-da Təbrizdə həbs edilərək Tehranın Evin həbsxanasına köçürülüb.

Onun məhkum olduğu 9 il 8 ay həbs cəzası Apellyasiya Məhkəməsi tərəfindən təsdiqlənib və o Tehranın “Evin” zindanına köçürülüb.

O, "qanunsuz qrupa üzv olmaq", "milli təhlükəsizliyə qarşı toplaşmaq və əlbir olmaq" və "rejimin müxalif qruplarının xeyrin təbliğat aparmaq" ittihamlarında müvafiq olaraq 5 il, 4 il və 8 ay həbs cəzasına məhkum edilib.

Bununla yanaşı Nəiminin 2 il müddətinə ölkədən xaric olmasına və eləcə də siyasi partiyalara və ictimai qruplara üzv olmasına qadağa qoyulub.

Əkbər Nəimi ötən il yanvarın 22-də çalışdığı İranın milli hava yolları şirkətinin təmir bölməsində tutularaq təxminən 2 ay təhlükəsizlik qüvvələrinin nəzarətində saxlanıldıqdan sonra 200 milyon tümənlik girov qarşılığında Evin Həbsxanasından müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılmışdı.

O, "Evrin" və "Yarpaq" kimi ekologiya və mədəniyyət sahələrində fəaliyyət göstərən qurumların təsisçilərindən və hakimiyyət tərəfindən fəaliyyəti dayandırılan "Günəbaxan Dərnəyi"nin qurucularından biri olub. Əkbər Nəimi insan haqları fəalı və dil hüquqları müdafiəçisi kimi də tanınır.

1987-ci ildə Ərdəbilin Anqut kəndində anadan olan azərbaycanlı fəal 21 fevral 2019-cu ildə Kiyanuş Aslani ilə birlikdə Tehranın “İnqilab” meydanında “Beynəlxalq Ana Dili Günü” münasibətilə afişalar yaydığı üçün həbs olunub.

Əmir Əmini İnqilab Məhkəməsinin 26 saylı şöbəsində “milli təhlükəsizliyi pozmaq məqsədi ilə toplaşmaq və əlbir olmaq”, “rejimə qarşı təbliğat aparmaq” ittihamları ilə mühakimə olunub.
Birinci ittihama görə Əmir Əmini 7il yarım, ikinci ittihama görə isə 18 ay həbs cəzasına məhkum edilib.

Hakim Əhməd Zərgərin başçılığı ilə Apelliyasiya Məhkəməsinin 36-cı şöbəsində keçirilən iclasda T.Əmir Əmini “rejimə qarşı təbliğat” ittihamından bəraət alıb.

2021-ci ilin aprel ayında 20/04/2020-ci il tarixində təsdiqlənmiş “cəzanın azaldılması qanunu”na əsasən, 7 il 6 ay həbs cəzasının 2 il 6 ayı ləğv edildiyi üçün Əmir Əmininin həbs cəzası 5 ilə endirilib.

Cavidan
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

"Biz hökumətdən əfv istəmirik, İslam Respublikasına son qoyulmalıdır"-Nərgiz Məhəmmədi

2023-03-28

gun az article

“Parlaq gələcək”: “Brüssel yürüşünün dəyərləndirilməsi” və “Cenevrədə BMT-də “Ərk” Cəmiyyətinin konfransı”  - VİDEO

2023-03-28

gun az article

“Azadlıq səsi” proqramında müzakirə- “Azərbaycana qarşı erməni-fars təxribatları”  -VİDEO

2023-03-27

gun az article

Tehranda Azərbaycan bayrağı asıldı

2023-03-27

gun az article

Təbrizdə aksiya: divarlara etiraz məzmunlu afişalar asıldı

2023-03-27

gun az article

“Dəyirmi masa”: “İranın Azərbaycana qarşı təhdidləri” və “Azərbaycanlıların Brüssel toplantısı” -VİDEO

2023-03-26

gun az article

Həmədanda Azərbaycan mahnısına görə restoran bağlandı

2023-03-26

gun az article

Güney azərbaycanlılar Brüsseldə mitinq keçiriblər

2023-03-25

gun az article

“Körpü”də müzakirə: “Güney Azərbaycanda məsələ dövlətsizlik məsələsidir” -VİDEO

2023-03-25

gun az article

Təbrizdə taksi kirayələri kəskin artdı

2023-03-25

gun az article

Xoyda baş verən zəlzələdə xəsarət alanların sayı açıqlandı

2023-03-24

gun az article

Ərdəbildən Azərbaycan Respublikasına dəstək

2023-03-24

gun az article

Güney Azərbaycanda 5.6 bal gücündə zəlzələ baş verib

2023-03-24

gun az article

Zənganlı fəal Hüseyn Bayat qeyri-müəyyən şəraitdə həbsdə saxlanılır

2023-03-24

gun az article

BMT ofisində "Ərk"-Azərbaycan İnsan Hüquqları Cəmiyyətinin konfransı keçirilib

2023-03-24

gun az article

“Sözümüz”də müzakirə: “İranın Azərbaycana qarşı təhdidləri nə qədər ciddi sayılır?”  - VİDEO

2023-03-24

gun az article

Urmuda 5 nəfər casusluq ittihamı ilə edama məhkum edilib

2023-03-23

gun az article

Güneyli hüquqşünaslar tərəfindən Azərbaycan İnsan Hüquqları Təşkilatı yaradılıb

2023-03-23

gun az article

Ərdəbildə uşaqlara Azərbaycan dilində kitablar paylanıb-VİDEO

2023-03-23

gun az article

İran Sərhəd Qoşunlarının komandanı Azərbaycan sərhədinə gəlib

2023-03-23