SON XƏBƏRLƏR

"Silah gücünə insanların inanclarına təsir etmək olmaz"-Güneyli millət vəkili

2022.06.15, 05:28
"Silah gücünə insanların inanclarına təsir etmək olmaz"-Güneyli millət vəkili

Gunaz.tv

O, silah gücünə insanların mədəniyyət və inanclarına təsir etməyin mümkün olmadığını deyib.

“Qanunda hər hansı bir məmurun "yaxşı işlərə dəvət edib, pis işlərdən çəkindirmək" məsələsində silahdan istifadə icazəsi ilə bağlı maddənin olduğunu düşünmürəm. Parlamentin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasında silahdan istifadə məsələsinə baxılır və ümid edirik ki, qanun layihəsindəki boşluqlar və nöqsanlar aradan qaldırılacaq.

Hesab edirik ki, silahdan istifadənin öz qaydaları olmalıdır və hər adi məsələ üçün silahdan istifadə edilməməlidir”-deyə, Nuri Qızılca bildirib.

Güney azərbaycanlı millət vəkili prinsipcə, mədəni və dini məsələni silah gücünə həll etməyin, İnsanları silah gücünə hansısa məsələyə sövq edib yaxud bunu onlara qadağan etmənin mümkün olmadığını vurğulayıb və bu sahədə olan çatışmazlıqların təkmilləşdirilməsini istəyib.

“Zorla qadınları hicaba bürümək, nəyisə onlara təhmil etmənin başqa fəsadları olacaq. Göstərilən münasibət qadınlarımızın layiq münasibət deyil. Güc vasitəsi ilə insanlara din düzəltmək olmaz”-deyə, Ocanın nümayəndəsi hökumət məmurlarının qadınlara qarşı davranışlarını qınayıb.

Qulamrza Nuri Qızılca çıxışının sonunda bu hərəkətlərin və yanlış metodların İran hökuməti ilə Taliban hökumətini oxşarlaşdırdığını bildirib. 

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar