SON XƏBƏRLƏR

Nikki Haley: “BMT Təhlükəsizlik Şurasının İrana qarşı tədbir görməsinin vaxtı gəlib çatıb”

2021.10.20, 07:36
Nikki Haley: “BMT Təhlükəsizlik Şurasının İrana qarşı tədbir görməsinin vaxtı gəlib çatıb”

Gunaz.tv

GünAzTV: Amerikanın BMT-dəki daimi nümayəndəsi Nikki Haley, fevralın 16-da İranın bölgədə apardığı dağıdıcı siyasəti barədə bəyanat yayaraq, BMT Təhlükəsizlik Şurasını rəsmi Tehrana qarşı ciddi addımlar atmağa çağırıb.

 

Yəməndəki husi yaraqlılarına və onun müttəfiqlərinə qarşı BMT-nin qoyduğu   sanksiyaların rəsmi Tehran tərəfindən pozulması barədə yayılan hesabata toxunan Nikki Haley bildirib ki, BMT-nin İrana qarşı ciddi tədbir görməsinin vaxtı gəlib çatıb: “Səudiyyə Ərəbistanına atılan raketlərin mənşəyi barədə ekspertlərin yanvar ayında yaydığı hesabat, bizim bir neçə ay əvvəldən dediklərimizi bir daha təsdiqləyir. O da budur ki, İran, BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozaraq gizli və qanunsuz şəkildə Yəməndəki husilərə silah-sursat və pilotsuz təyyarələr göndərib.

 

Aydın məsələdir ki, dünya birliyi, İranın bu qanun pozuntuları qarşısında sakit qala, onun BMT Təhlükəsizlik Şurasının qətnamələrini açıq-aşkar pozmasına göz yuma bilməz. Hesab edirik ki, İran, bu qanun pozuntularının məsuliyyətini üzərinə götürməlidir. Məhz bunları nəzərə alaraq güman edirik ki, BMT Təhlükəsizlik Şurasının İrana qarşı ciddi tədbir görməsinin vaxtı gəlib çatıb”.

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar