SON XƏBƏRLƏR

“Dünya dəyişib, artıq fərqli olacaq"-İlham Əliyev

2022.06.16, 07:14
“Dünya dəyişib, artıq fərqli olacaq"-İlham Əliyev

Gunaz.tv

O bildirib ki, yeni yanaşmaların işlənib hazırlanması üçün fikir mübadiləsi və müzakirələrin aparılmasına ehtiyac var.

“Ötən il burada, “Gülüstan” sarayındakı görüşümüzdən sonra aydındır ki, dünya dəyişib. 

Dəyişikliklər fundamentaldır və proqnozlaşdırılmayan nəticələri var. Amma bu aydındır ki, dünya fərqli olacaq və o, artıq fərqlidir. Ona görə də müzakirələr, fikir mübadilələri, bəzən fərqli baxışların ziddiyyətləri – yeni yanaşmaların işlənib hazırlanması üçün bunlara ehtiyac var. 

Əlbəttə hər bir ölkə buna töhfə verməlidir. İlk növbədə təhlükəsizlik tədbirləri ilə. Çünki təhlükəsizlik məsələləri indi beynəlxalq arenada, beynəlxalq gündəlikdə əsas məsələ olub”, – dövlət başçısı qeyd edib.

Prezident İlham Əliyev vurğulayıb ki, Qlobal Bakı Forumu bu məqsədlə əla platformadır. (apa)

Ayxan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar