SON XƏBƏRLƏR

Polşa Rusiyanın 40-dək diplomatını ölkədən çıxarır

2022.03.23, 10:19
Polşa Rusiyanın 40-dək diplomatını ölkədən çıxarır

Gunaz.tv

Bu barədə Polşanın “Onet.pl” internet saytı hökumətdəki mənbələrinə istinadən məlumat yayıb. Bildirilib ki, bu gün səhər Rusiyanın Polşadakı səfiri Sergey Andreyev məsələ ilə əlaqədar təcili surətdə Polşa Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Səfirin Polşa mülki qeydiyyat idarəsinin əməkdaşının Rusiya kəşfiyyat xidməti ilə əməkdaşlıqda ittiham edilərək saxlanılması barəsində hökumətin açıqlamasından bir neçə saat sonra XİN-ə çağırılıdığı vurğulanıb.

Polşa daxili təhlükəsizlik idarəsinin rəsmisi Stanislav Zarin Rusiyanın kəşfiyyat dairələri ilə əməkdaşlıqda ittiham edilən 45 dipomatın adının yer aldığı siyahının hazırlandığını təsdiqləyib. Siyahıda Rusiyanın Varşavadakı səfirliyinin dipomatlarının, eləcə də onların həyat yoldaşlarının adlarının olduğu bildirilib.

Bildirilib ki, həmin şəxslər Vyana Konvensiyasına zidd olaraq həssas məlumatlar toplamaqla, eləcə də Polşa vətəndaşlarını Rusiya Federasiyasının xeyrinə əməkdaşlığa cəlb etməklə casusluq fəaliyyəti ilə məşğul olublar.

Rusiyalı diplomatların fəaliyyətinin Polşanın təhlükəsizliyinə təhdid törətdiyi və onların əməllərinin xarici ölkəyə qarşı casusluq fəaliyyəti kimi qiymətləndirilə biləcəyi qeyd olunub.

Qeyd edək ki, bundan əvvəl Bolqarıstan, Latviya, Litva və Estoniya da rus diplomatlarını “arzuolunmaz şəxs” elan edib və ölkədən çıxarıblar. (apa)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar