SON XƏBƏRLƏR

OLİMPİADAYA PİS BAŞLADIQ

2021.10.20, 07:36
OLİMPİADAYA PİS BAŞLADIQ

Gunaz.tv
OLİMPİADAYA PİS BAŞLADIQ Cüdoçu Ramil Qasımovla üzgüçü Oksana Hətəmxanova elə ilk gündəcə turnirlə vidalaşdı 5568.jpg Azərbaycan cüdoçusu Ramil Qasımovu Pekin olimpiadasında mübarizədən kənarlaşdıran rusiyalı Alim Qadanov çempion ola bilmədi. 66 kiloqramda çıxış edən rusiyalı cüdoçu finalda fransalı Bencamin Darbeletə uduzaraq olimpiadanın gümüş mükafatçısı oldu. Fransalı idmançı görüşün sonuna 11 saniyə qalmış işlətdiyi hippon fəndi ilə qələbə qazandı. A.Qadanov həmyerlimizi məğlub edəndən sonra macarıstanlı Miklos Unqvarini, B.Darbelet isə yarımfinalda kanadalı Saşa Mehmedoviçi yenmişdi. Ramil Qasımovu olimpiadada debüt görüşündə məğlub edən A.Qadanov Avropa çempionatının bürünc mükafatçısı oldu. Qeyd edək ki, R.Qasımov Pekin olimpiadasında çıxış edən ilk idmançımızdır. Üzgüçü Oksana Hətəmxanova da elə ilk gündən turnirlə vidalaşdı. O, 100 metr məsafəyə üzməkdə 70 idmançı arasında 69-cu yeri tutub. GÜLƏŞÇİLƏRİMİZ DÜNYA REYTİNQ CƏDVƏLİNDƏ LİDERDİR Çinin paytaxtı Pekində start götürən 29-cu Yay Olimpiya Oyunları öncəsi Beynəlxalq Güləş Federasiyaları Assosiasiyası dünya pəhləvanlarının reytinq cədvəlini dərc edib. “APA-sport” agentliyinin məlumatına görə, sərbəst, yunan-Roma və qadın güləşi növləri üzrə açıqlanan siyahıda Azərbaycanın 13 pəhləvanı yer alıb. Təmsilçilərimizdən ən yüksək nəticə yunan-Roma güləşçimiz Fərid Mansurovla (66 kq) qadın güləşçimiz Mariya Stadnikə (48 kq) məxsusdur. Həm olimpiya və dünya çempionu F.Mansurov, həm də Avropa çempionu M.Stadnik 28 xalla 2-ci pillədə qərarlaşıblar. Sərbəst güləşçilərimiz arasında ən yüksək göstərici dünya və Avropa çempionatlarının bürünc mükafatçısı Çamsulvara Çamsulvarayevə (74 kq) məxsusdur. 24 yaşlı pəhləvanımız 23 xalla 3-cü yeri tutur. Yunan-Roma güləşi üzrə ikiqat Avropa çempionu Rövşən Bayramov (55 kq) isə 18 xalla 4-cü pillədə yer alıb. Digər pəhləvanlarımıza gəldikdə isə sərbəst güləşçilərimizdən Xetaq Qazyumov (96 kq) 16 xalla 6-cı, Namiq Sevdimov (55 kq) 14 xalla 7-ci, Əli İsayev (120 kq) və Novruz Temrezov (84 kq) 14 xalla, Emin Əzizov (66 kq) 12 xalla 9-cu pillədə qərarlaşıblar. Yunan-Roma güləşçilərimiz İlqar Abdulov (74 kq) 14 xalla 7-ci, Vitali Rəhimov (60 kq) 10 xalla 11-ci yeri tutur. Qadın güləşçilərimiz Elvira Mürsəlova (59 kq) 11 xalla 8-ci, Yelena Komarova (55 kq) isə 12 xalla 9-cudur. NAZİRİN “MAKSİMUM MEDAL” PLANI “Pekin olimpiadasında maksimum medal qazanmağa çalışacağıq”. Bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan nümayəndə heyətinin tərkibində Yay Olimpiya Oyunları ilə əlaqədar dünən Çinin paytaxtı Pekinə yola düşən Azərbaycan Güləş Federasiyasının prezidenti, vergilər naziri Fazil Məmmədov deyib. F.Məmmədov olimpiadaya böyük ümidlərlə yollandıqlarını bildirib. Hamının güləşçilərimizdən daha çox medal gözlədiyini deyən federasiya prezidenti 16 pəhləvanımızın hər birinin bu məqsəd uğrunda mübarizə aparacağını söyləyib: “Əsas məsələ idmançıların psixoloji cəhətdən hazırlıqlı olmasıdır. Fikrimcə, belədə nəticə də olacaq. Amma bir məsələni də bilmək lazımdır ki, olimpiya oyunlarında güləş növündə 18 dəst medal uğrunda bütün dünya pəhləvanları mübarizə aparacaqlar. Ona görə də medal qazanmaq elə də asan olmayacaq. Bununla belə, idmançılarımız maksimum nəticə əldə etməyə çalışacaqlar. Onların hər biri medal uğrunda mübarizə aparacaq”. GÜRCÜ İDMANÇILARI PEKİNİ TƏRK ETMƏYƏCƏK Beynəlxalq Olimpiya Komitəsi Gürcüstanla Rusiya arasındakı hərbi münaqişəyə baxmayaraq hər iki ölkəninÿkomandalarının olimpiya oyunlarında iştirakını davam etdirəcəyini bildirir. Avqustun 13-də Gürcüstan və Rusiya olimpiyaçıları çimərlik voleybolu üzrə qadınlar arasında keçiriləcək matçda da üz-üzə gələcəklər. PEKİNDƏ AMERİKALI TURİST ÖLDÜRÜLDÜ 2008-ci il Yay Olimpiya Oyunlarının keçirildiyi Çinin paytaxtı Pekində silahlı bir şəxs amerikalı bir turisti bıçaqla vuraraq öldürüb. “Yeni Çin” xəbər agentliyi şəhərin mərkəzində Drum qalasının ikinci mərtəbəsində 2 amerikalı turistə qarşı hücum təşkil edən və birini öldürən çinlinin daha sonra qaladan aşağı tullanaraq intihar etdiyini xəbər verib. Xəbərdə Tang Yongming adlı 47 yaşlı təcavüzkarın başqa bir amerikalı turistlə çinli turist rəhbərini də yaraladığı bildirilir. ABŞ Olimpiya Oyunları Komitəsindən verilən açıqlamada Drum qalasını gəzdikləri zaman bıçaqlı hücuma məruz qalan amerikalı tursitlərdən həyatını itirən və yaralanan şəxsin Amerika kişi voleybol komandasının məşqçisinin qohumları olduqları bildirilir. Vüsal MEHDİOĞLU musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar