SON XƏBƏRLƏR

Onur Öymən: “Türkiyənin Qafqazda görməli olduğu iş Azərbaycan torpaqlarının işğaldan azad edilməsinə çalışmaqdır”

2021.10.20, 07:36
Onur Öymən: “Türkiyənin Qafqazda görməli olduğu iş Azərbaycan torpaqlarının işğaldan azad edilməsinə çalışmaqdır”

Gunaz.tv
Onur Öymən: “Türkiyənin Qafqazda görməli olduğu iş Azərbaycan torpaqlarının işğaldan azad edilməsinə çalışmaqdır” İstanbul-APA. “Baş nazir Rəcəb Tayyip Ərdoğanın irəli sürdüyü “Qafqaz Sabitlik Paktı” doğru olmayan təşəbbüsdür”. Bu açıqlamanı APA-nın Türkiyə bürosuna Cümhuriyyət Xalq Partiyasının sədr müavini, Bursa millət vəkili Onur Öymən verib. O, qeyd olunan təşəbbüsün irəli sürülməsi üçün vaxtın düzgün seçilmədiyini bildirib: “Azərbaycan torpaqlarının 20 faizi Ermənistanın işğalı altında olan zaman Qafqazda necə sabitlik yaradacaqlar, bu ölkələri necə bir yerə gətirəcəklər? Gürcüstanla Rusiya arasında bu qədər gərgin münasibətlər olduğu bir vaxtda bu ölkələri bir araya gətirmək mümkün deyil. Fikrimizcə, Türkiyənin Qafqazda hazırda görməli olduğu iş – Azərbaycan torpaqlarının işğaldan azad edilməsinə çalışmaqdır. Hökumət Qərbə ilk növbədə bunu başa salmalıdır, Gürcüstanın ərazi bütövlüyünü ciddi şəkildə dəstəkləməlidir. Bu işlər dura-dura Rusiyanın o bölgədə təsir gücünü yenidən artıracaq pakt təklifinin irəli sürülməsi doğru deyil”. Onur Öymən hökumətin bu təşəbbüsünün NATO-nun mənafeyinə uyğun gəlmədiyini qeyd edib: “Bu təklif 56 ildir üzvü olduğumuz NATO-nun mənafeyinə də ziddir. Bu gün Türkiyə-Ermənistan münasibətlərində çox şey Ermənistanın iradəsindən kənarda baş verir. Ermənistanın Türkiyəyə qarşı əsassız iddialardan geriyə addım atacağını zənn etmirəm. Qafqaz Sabitlik Paktı layihəsinin də reallaşacağını güman etmirəm”. APA

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar