SON XƏBƏRLƏR

Ötən günlərdə Təbrizdə saxlanılan Məhəmməd Mərdi və Fərhad Pakruhun müvəqqəti azadlığa buraxılmasına icazə verilmir

2021.10.20, 07:36
Ötən günlərdə Təbrizdə saxlanılan Məhəmməd Mərdi və Fərhad Pakruhun müvəqqəti azadlığa buraxılmasına icazə verilmir

Gunaz.tv

GünAz TV: Oktyabrın 28-də Təbrizdə saxlanılan güney azərbaycanlı fəallar Məhəmməd Mərdi və Fərhad Pakruhun müvəqqəti azadlığa buraxılmasına maneçilik yaradılır.

 

Məlumata görə, fəalların ailəsi təyin olunan 500 milyon riallıq mülki vəsiqəni təqdim etmək üçün oktyabrın 31-də Təbriz məhkəməsinə (Dadsəra) müraciət edib, lakin işə baxan şöbənin rəisi dosye ilə bağlı araşdırmanın başa çatmadığını bəhanə edərək vəsiqəni qəbul etməkdən və fəalları müvəqqəti sərbəst buraxmaqdan imtina edib.

 

Bundan əvvəl Təbriz Beheşti Məhkəməsinin 1-ci şöbəsi fəalların müvəqqəti azadlığa buraxılması üçün 500 milyon riallıq mülki vəsiqə təyin edib.

 

Məhəmməd Mərdi və Fərhad Pakruh bazar ərtəsi günü mərhum mühəndis Qulamrza Əmaninin ildönümü mərasimi ilə əlaqədar saxlanılan fəallar azadlığa buraxıldığı zaman onları qarşıladıqları üçün saxlanılıb. Məhkəmə məsulları birinci açıqlamada onların sərbəst buraxılan fəallardan şəkil çəkdiyinə görə saxlanıldığını bildirmişdir.

 

Ötən həftə mərhum mühəndis Qulamrza Əmaninin vəfatının 11-ci ildönümü mərasimi ilə əlaqədar saxlanılan fəallardan 6-ı müvəqqəti azadlığa buraxılıb.

 

Məhəmməd Mərdi ötən illərdə ənənəvi Babək qalası yürüşündə Kəleybər şəhərində saxlanılmışdır. Adını çəkdiyimiz fəalların ikisi də Azərbaycanın milli mənafeyi uğrunda mədəni zəmində fəaliyyət göstərir.

 

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar