SON XƏBƏRLƏR

Xoy zindanında saxlanılan milli fəal sərbəst buraxılıb

2022.01.27, 07:09
Xoy zindanında saxlanılan milli fəal sərbəst buraxılıb

Gunaz.tv

Qərbi Azərbaycan əyalətinin Xoy şəhərində saxlanılan milli-mədəni fəal Yusif Pircani yanvarın 26-da sərbəst buraxılıb və onun yerdə qalan 69 gün həbs cəzası şərti cəza ilə dəyişdirilib.

Yusif Pircani 2021-ci il dekabrın 22-də Xoy şəhərinin İnqilab Məhkəməsinin qərarların icrası bölməsinə müraciə etdikdən sonra saxlanılıb və Xoy şəhərinin zindanına aparılmışdı.

O, 2021-ci ilin iyul ayının 24-də Xoy şəhərində  təhlükəsizlik məmurları tərəfindən saxlanılaraq təcridxana aparılıb və 15 gündən sonra ağır girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılıb.

Pircani “hökumətə qarşı təbliğat” ittihamı ilə 3 ay həbs cəzasına məhkum edilib.

Qeyd edək ki, iyulun 24-də Təbriz başda olmaqla bir neçə Güney Azərbaycan şəhərində Əhvaz ərəblərinin su üsyanına dəstək mitinqi keçirilib.

Aksiyada “Azərbaycan Əl-Əhvaz, İttihad ittihad” və kimi şüarlar səsləndirilib. Etirazçılar bu aksiya ilə hökumətin digər millətlərə qarşı ayrı-seçkilik siyasətinə etiraz edib.

Etiraz aksiyası keçirilən gün, ondan öncə və sonrakı günlərdə onlarla azərbaycanlı fəal saxlanılıb.

Saxlanılanlar dindirildikdən sonra təcridxanalara köçürülüb, sonradan ağır girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər azadlığa buraxılıb.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar