SON XƏBƏRLƏR

Özbəkistanda çoxsaylı ölənlər var

2021.10.20, 07:36
Özbəkistanda çoxsaylı ölənlər var

Gunaz.tv
Özbəkistanda çoxsaylı ölənlər var uzbek-partlay-yalan.jpg Özbəkistanın Buxara vilayətinin Kaqan şəhərinin döyüş sursatı anbarında baş verən partlayış nəticəsində ölən və yaralananların sayı rəsmi informasiyada verilən məlumatdan qat-qat çoxdur. Lent.az-ın “Ferqana.ru” saytına istinadən verdiyi məlumata görə, şahidlər Buxaranın vilayət klinik xəstəxanasının və təcili tibbi yardım mərkəzinin yaralılarla dolu olduğunu bildirirlər. Xatırladaq ki, rəsmi məlumatda hərbi hissədəki partlayış zamanı 3 nəfərin öldüyü və 21 nəfərin yaralandığı bildirilir. Şahidlər isə ölən və yaralananların dəfələrlə çox olduğunu qeyd edirlər. Kaqandan Buxaraya gələn bir qrup şəxs təkcə onların yaşadıqları ərazidə 5 nəfərin öldüyünü bildiriblər. Onlar Kaqanın tamamilə dağıldığını da vurğulayıblar. “Ferqana.ru” saytı qeyd edir ki, hərbi hissənin yaxınlığındakı beşmərtəbəli yaşayış evi və şəhər xəstəxanası tamamilə dağılıb. Hərbi hissənin yaxınlığındakı daha 20 binanın yerlə bir olduğu bildirilir. Şahidlər həmin binalardakı adamların sağ qaldığına şübhə edirlər. Məlumata görə, hərbi hissədən hətta 3-5 kilometr aralıda yaşayan insanlar belə yaralanıblar. Hərbi hissədə keşik çəkən əsgərlər barəsində isə ümumiyyətlə məlumat yoxdur. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar