SON XƏBƏRLƏR

Paniranistlər: “21 Azər” qətliamının təkrar olunacağı gün uzaq deyil - VİDEO

2021.10.20, 07:36
Paniranistlər: “21 Azər” qətliamının təkrar olunacağı gün uzaq deyil - VİDEO

Gunaz.tv

GünAz TV: Gənclərimizin Təbrizin səhənd stadionunda Güney Azərbaycanın müstəqilliyi ilə bağlı banner nümayiş etdirməsi paniranistləri hərəkətə gətirib, onlar dolayısı ilə Güney Azərbaycan əhalisini qətliam edilməklə hədələyib.


Noyabrın 1-də Güney Azərbaycanın “Traxtur” klubu Tehranın “İstiqlal” komandasını səhənd stadionunda qəbul etdi. Təxminən 100 min “Traxtur” tərəfdarının tamaşaçı qismində iştirak etdiyi görüşdə hər kəsin diqqətini çəkən banner nümayiş etdirilmişdir. Türk və ingilis dillərində yazılan bannerdə “Seçim sizinlədir; Çexoslovakiya yoxsa Yuqoslaviya?” sözü əks olunmuşdur.


Bu hadisə paniranist qüvvələr tərəfindən qəzəblə qarşılanıb. Məşhur paniranistlərdən olan Peyman Arif noyabrın 5-i axşam saatlarında “Iran International” telekanalı ilə müsahibədə bu məsələyə toxunub, o dolayısı ilə Güney Azərbaycan əhalisini qətliam edilməklə hədələyib.
“Bizim “Çexoslovakiya yoxsa Yuqoslaviya?” sualına cavabımız bundan ibarətdir. Nə Çexoslovakiya, nədə ki, Yuqoslaviya?”. “21 Azər”i unutmayın, o gün uzaqda deyil!”- deyə o bildirib.


https://www.youtube.com/watch?time_continue=13&v=HwYXBN5DnLA

 

Ötən günlərdə “Təvana” qrupunun müdirlərindən olan Əlirza Kiyani də Twitter səhifəsində paylaşdığı bir postda Azərbaycan türklərinə oxşar mesaj vermişdir. O qeyd edib ki, “lazım gələrsə, 1946-cı ilin “21 Azər”ini xatırlayın!”

 


Qeyd edək ki, 1945-ci il dekabrın 12-də (1324-cü il azərin 21-də) Məhəmmədrza Pəhləvi rejiminin diktarorluğuna etiraz olaraq Seyid Cəfər Pişəvərinin başçılığı ilə Təbrizdə Azərbaycan Milli Hökuməti qurulub. Bu tarixi gün Azərbaycan tarixinə “21 Azər Hərəkatı” kimi düşüb.

Azərbaycan Milli Höküməti bir illik hakimiyyəti dövründə xalqın dəstəyi ilə bir şox önəmli işlər həyata keçirmişdir.

 

Milli hökumət qurulduqdan dəqiq bir il sonra Pəhləvi hakimiyyətinin qanlı müdaxiləsi və bir sıra xarici amillərə görə süquta uğradılıb. Mərkəzi hökumətin ordusu Azərbaycanı yenidən işğal etdikdən sonra Azərbaycanda çox sayda hərbçi, dinc sakin, alim, sənətkar və siyasətçi acımazcasına qətliam edilib. Müxtəlif mənbələrdə işğalçı tərəfindən 25 mindən çox azərbaycanlının faciəli şəkildə öldürüldüyü qeyd olunur.

Təbrizin səhənd stadionunda qaldırılan “Seçim sizinlədir: Çexoslovakiya yoxsa Yuqoslaviya?” banneri adı çəkilən iki ölkənin parçalanmasını xatırladır.
Çexoslovakiya 1992-ci il dekabrın 31-də dinc bir şəkildə Çexiya və Slovakiya respublikalarına bölündü. Bu gün Çexiya Şərqi Avropada ən inkişaf etmiş ölkələrindən biridir.
Yuqoslaviyada isə müstəqillik tələb edən etniklərə qarşı zorakılıq tətbiq olundu. 1989-cu ildə proseslərə başlanılan Yuqoslaviyada ölkədaxili savaş başladı və soyqırım aktı törədildi. Sonda ölkə 7 müstəqil ölkəyə parçalandı.


Soydaşlarımız nümayiş etdirdikləri bannerlə İran rejimi və Azərbaycan türk millətinə Güney Azərbaycanın müstəqilliyi ilə bağlı ciddi mesaj verdilər.

 

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar