SON XƏBƏRLƏR

Paniranistlər mətbuatda “Traxtur” tərəfdarlarının əleyhinə kampaniya aparır – VİDEO

2021.10.20, 07:36
Paniranistlər mətbuatda “Traxtur” tərəfdarlarının əleyhinə kampaniya aparır – VİDEO

Gunaz.tv

GünAz TV: Son günlərdə paniranist qüvvələr radikal kürd fəalları ilə birlikdə Güney Azərbaycanın “Traxtur” futbol komandasını yenidən hədəfə alıb.


Məlumata görə, bir çox kürd və farsdilli mətbuat orqanı “Traxtur” tərəfdarlarını irqçi kimi göstərmək məqsədi ilə onları “ölüm olsun farsa” və “ölüm olsun kürdə” şüarı səsləndirməkdə ittiham edir. Yalan məlumat yayan mətbuat orqanları, Azərbaycan türklərinə qarşı “Perspolis” və “İstiqlal” görüşlərində irqçi şüar səsləndirənləri heç zaman pisləməyib, onların bu hərəkətini dolayısı yolla dəstəkləyiblər.


Sözügedən mətbuat orqanları aşağıdakı videonu yayaraq “Traxtur” tərəfdarlarını fars və kürd millətinə qarşı şüar səsləndirməkdə ittiham edir. Halbuki, bu video “Traxtur”un ötən illərdəki görüşlərinə aiddir. Oyun Təbrizdə deyil, Tehranın Azadi stadionunda keçirilir. Azərbaycan komandasının azarkeşləri “Traxtur”a qarşı edilən ayrı-seçkiliklərə etiraz olaraq İran Futbol Federasiyasının rəisi Mehdi Tacın ünvanına “ölüm olsun Taca” şüarı səsləndirirlər.


https://www.youtube.com/watch?time_continue=34&v=88CKP7HO-1k&feature=emb_logo


Azərbaycan komandasına qarşı aparılan təbliğatın başında farsdilli “Radio Fərda”, BBC-farsi, “Euronews”, “Iran International” və “Iran wire”kimi mətbuat orqanları dayanır.


Əslində Güney Azərbaycan türkləri özü irqçiliyə məruz qalan bir millətdir, Bu millətin nümayəndələrini heç bir əsas olmadan irqçilikdə ittiham edənlər məqsədyönlü hərəkətlərinə görə üzr istəməlidir.


N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar