SON XƏBƏRLƏR

Parsabadda vəsait çatışmazlığından kanalizasiya sularının təmizləyici qurğuları işə salınmır

2021.10.20, 07:36
Parsabadda vəsait çatışmazlığından kanalizasiya sularının təmizləyici qurğuları işə salınmır

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanda uzun illər əvvəl icrasına başlanılan, lakin hələ də istifadəyə verilməyən  layihələrdən biri də Parsabad şəhərinin kanalizasiya sularının təmizləyici qurğularının quraşdırılması projesidir.

 

Ərdəbil Əyaləti Su və Kanalizasiya Şəbəkəsi Şirkətinin  icraçı direktorunun müavini sözgedən layihənin istfadəyə verilməsi üçün büdcə vəsaitinə ehtiyac olduğunu bildirib.

 

Sultani görülən işlərə baxış keçirərəkən bu barədə jurnalistlərin qarşısında çıxış edib.

“Layihənin icrasına 2007-ci ildə başlanılıb. İşlərin 76 faizi görülüb, lakin onun təkmilləşdirilməsi üçün 165 milyard rial vəsaitə ehtiyac var”- deyə o vurğulayıb.

 

Su və Kanalizasiya Şəbəkəsi Şirkətinin icraçı direktorunun müavini sözlərinin davamında vurğulayıb ki, bu layihənin istifadəyə verilməsi Parsabad əhalisinin əsas tələblərindən biridir. Ümid edirəm ki, lazımi büdcə vəsaiti təmin olunacaq və şəhərin kanalizasiya suları ilə bağlı problemi öz həllini tapacaq.

 

Şirkət nümayəndəsinin dediyi kimi, Güney Azərbaycanda əksər layihələr büdcə vəsaiti çatışmazlığından yarımçıq buraxılır və ya ümumiyyətlə icrasına başlanılmır. Yerli məsullar dövlət büdcəsindən əyalətlərə ayrılan vəsaitinin yetərsiz olduğunu dəfələrlə dilə gətirib, lakin bu istiqamətdə heç bir irəlləyiş yoxdur.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar