SON XƏBƏRLƏR

PKK-dan AZƏRBAYCANA QARŞI TƏXRİBAT

2021.10.20, 07:36
PKK-dan AZƏRBAYCANA QARŞI TƏXRİBAT

Gunaz.tv
PKK-dan AZƏRBAYCANA QARŞI TƏXRİBAT kurd_10iyul.jpg Moskvada hazırlanan "ensiklopediyada" Şah İsmayıldan tutmuş, Ramiz Rövşənə qədər bir çox tanınmış şəxsiyyətlər kürd kimi təqdim olunub VHP.AZ/PKK terror təşkilatının MDB üzrə koordinatoru, əslən azərbaycanlı olan Həjar Əsgərov Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində "Sovet Kürdlərinin Ensiklopediyası" adlı kitabı nəşrə hazırlayır. Kitabın internetdə yayılan ilkin versiyasından bəlli olur ki, o, tamamilə Azərbaycan dövlətinin və xalqının maraqlarına ziddir. "Qaynar.info"-nun məlumatına görə, H.Əsgərov buna qədər də uyğun mövzuda bir neçə kitab buraxıb. "MDB ölkələrində kürd diasporası" adlı kitabı artıq rus və türk dillərində nəşr etdirən PKK-çı, indi də həmin kitabın kürd və ingilis versiyaları üzərində işləyir. PKK-çı H.Əsgərov internetdə yaydığı müraciətdə bildirir ki, indiyə qədər nəşr etdiyi kitablara dayanaraq, "Sovet Kürdlərinin Ensiklopediyası" daha böyük bir kitab üzərində işləyir: "500-dən artıq mövzunu əhatə edən kitabın demək olar ki, yarısı hazırdır. Amma başa düşürəm ki, bu, bir adamın işi deyil.". H.Əsgərov internet saytında kürdlərə ünvanladığı müraciətdə materialların toplanmasında hər kəsdən kömək istədiyini bildirir. Kitabın internetdə yerləşdirilən ilkin versiyasından göründüyü kimi, Abbasqulu ağa Bakıxanov, Şah İsmayıl Xətai, Babək Xürrəmdin, Xurşidbanu Natəvan, Ramiz Rovşən, Aşıq Alı, Əli Vəliyev, Fətəli xan Xoyski və digər məşhur turkəsilli yazıçılarımız, şairlərimiz, tarixçilərimiz, sərkərdələrimiz, dövlət adamlarımız kürd kimi qələmə verilib. Eyni zamanda kitabda Azərbaycan türklərinin öz tarixi əraziləri kürd şəhərləri, kəndləri kimi göstərilib. Özü də tamamilə utopiya məhsulu olan kitab müxtəlif dillərə tərcümə olunaraq yayılmaqdadır. Siyahıya buraya link etməklə də baxa bilərsiniz: http://www.encyclopedia.ru/news/enc/detail/10964/ vhp

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar