SON XƏBƏRLƏR

PKK-nın “PUL KİSƏSİ” BU DƏFƏ FRANSADA HƏBS OLUNDU

2021.10.20, 07:36
PKK-nın “PUL KİSƏSİ” BU DƏFƏ FRANSADA HƏBS OLUNDU

Gunaz.tv
PKK-nın “PUL KİSƏSİ” BU DƏFƏ FRANSADA HƏBS OLUNDU Terrorçu Nedim Seven bu ilin martında Ermənistana getmək istərkən Romada yaxalanmışdı 931.jpg PKK terror təşkilatının Avropadakı maliyyə əməliyyatlarını idarə edən və təşkilatın “pul kisəsi” kimi tanınan Nədim Seven Fransada həbs olunub. “Frans press” agentliyinin məlumatına görə, Fransada daha əvvəl haqqında terror təşkilatına maliyyə dəstəyi göstərmək, çirkli pulların yuyulmasını təşkil etmək, qaçaqmalçılıq kimi ittihamlardan cinayət işi qaldırılan Seven bu dəfə məhkəmə qarşısında verdiyi iltizamı pozmaq ittihamı ilə saxlanılıb. Bildirilir ki, aralarında gedim Seven və Rza Altun da olmaqla, 8 yüksək rütbəli PKK mənsubu ötən il Fransa polisinin həyata keçirdiyi əməliyyatlarda yaxalansalar da, sonradan məhkəmə onların şərti azadlığa buraxılması haqda qərar çıxarıb. Qərara görə PKK-çılar Fransanı tərk etməməli və tələb olunduqda məhkəməyə ifadə verməyə gəlməliydi. Lakin Rza Altun çox keçmədən İraqın şimalında peyda olub, Seven isə İtaliyaya keçib. Bu ilin martında o, Roma aeroportundan saxta diplomatik pasportla İrəvana uçmaq istərkən yaxalanıb. Lakin bu yaxınlarda İtaliya məhkəməsi Sevenin haqqında dəlilləri yetərsiz hesab edərək onu azadlığa buraxıb. Həmçinin terrorçuya İtaliyadan siyasi sığınacaq istəmək haqqı verilib. Lakin göründüyü kimi, Seven İtaliyada duruş gətirməyib və PKK-nın fəaliyyətinin güclü olduğu Fransaya keçib. Fransa mətbuatı o vaxt Sevenin və Altunun şərti azadlığa buraxılmasını tənqid edərək yazmışdı ki, terror təşkilatına mənsub olan şəxslər bu imkandan qaçmaq üçün istifadə edəcəklər. Türkiyə mətbuatının yazdığına görə, Sevenin Ermənistanla da yaxın əlaqələri var. Siyasət şöbəsi musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar