SON XƏBƏRLƏR

PKK-nın telekanalının Almaniya ərazisində yayımına qadağa qoyulub

2021.10.20, 07:36
PKK-nın telekanalının Almaniya ərazisində yayımına qadağa qoyulub

Gunaz.tv
PKK-nın telekanalının Almaniya ərazisində yayımına qadağa qoyulub Berlin – APA. PKK terror təşkilatının Danimarkada lisenziya almış və bu ölkədən peyk vasitəsilə bütün dünyaya yayımlanan telekanalı – “Roj TV”nin Almaniya ərazisində yayımına qadağa qoyulub. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Almaniya Daxili İşlər Nazirliyi ölkədə “Roj TV” adından fəaliyyət göstərən “VİKO Production” şirkətinin fəaliyyətini də yasaqlayıb və mülkiyyətinə həbs qoyub. Nazirlik qərarı belə əsaslandırıb: “”Roj TV” peyk vasitəsilə Almaniyada da yayımlanır. Bu telekanal PKK-nın ruporu rolunda çıxış edir və qeyri-qanuni təşkilatın təbliğatını aparır. “Roj TV”nin məqsədi PKK-nın hədəflərinə uyğun olaraq zorakılığı təbliğ etmək və Türkiyə ilə silahlı toqquşmalar üçün canlı qüvvə cəlb etməkdir”. apa

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar