SON XƏBƏRLƏR

Polis sözçüsü: “Qarşıdurmalarda 3 polis və 2 “Bəsic” üzvü öldürülüb, 300 dərviş həbs olunub, hər şey polisin nəzarətindədir” - FOTOLAR, 4 VİDEO

2021.10.20, 07:36
Polis sözçüsü: “Qarşıdurmalarda 3 polis və 2 “Bəsic” üzvü öldürülüb, 300 dərviş həbs olunub, hər şey polisin nəzarətindədir” - FOTOLAR, 4 VİDEO

Gunaz.tv

GünAzTV: İran hüquq-mühafizə qüvvələrinin sözçüsü Səid Müntəzir əl Məhdi, fevralın 20-si sübh saatlarında jurnalistlərə açıqlamasında ötən gün axşam saatlarında Qonabad dərvişləri ilə hökumət qüvvələri arasında Tehranda baş verən qanlı qarşıdurmadan danışıb.

 

O bildirib ki, paytaxt Tehranın dərvişlər və onların rəhbərlərinin yaşadığı məntəqələr, hazırda polisin tam nəzarətindədir: “Təəssüflər olsun ki, fevralın 19-u axşam saatlarında başlanan qarşıdurmalar, dərvişlərdən birinin avtobusu, digərinin isə avtomobili əməkdaşlarımızın üstünə sürməsi ilə daha kəskinləşib. Nəticədə 3 polis və 2 “Bəsic” üzvü həlak olub. Onlardan 4-ü avtobus və avtomobil altında qalıb, 1-i isə soyuq silahla öldürülüb. Bundan başqa, müxtəlif dərəcəli bədən xəsarəti alan 30 əməkdaşımız da xəstəxanalara yerləşdirilib. Hər iki sürücü həbs edilib.

 

Dərvişlər, hadisə yerində və ətraf məhəllələrdə dövlət əmlakına od vurub ümumi asayişi pozaraq və polislərə Molotov kokteyli ataraq qarşıdurmanı daha da qızışdırmağa çalışırdılar. Bəziləri də evlərin damlarında toplaşaraq etirazçılara dəstək verirdilər. Lakin polis qüvvələri bu xurafatçı firqənin 300 üzvünü həbs etdikdən sonra qarşıdurmalar dayandırıldı və hazırda paytaxtın həmin məntəqəsi əməkdaşlarımızın tam nəzarətindədir”.

 

 

 Xatırladaq ki, fevralın 19-u axşam saatlarında Tehranın Pasdaran küçəsində Qonabad dərvişləri ilə hüquq-mühafizə qüvvələri arasında qarşıdurma yaranıb. Hadisə, dərviş liderlərindən olan Nemətullah Riyahinin həbs edilməsindən və dərvişlərin yaşadığı məhəllələrin hökumət qüvvələri tərəfindən mühasirəyə alınmasından sonra baş verib.

 

Fevralın 20-si sübh saat 04:00 radələrinə qədər davam edən qarşıdurmada polis, dərvişləri dağıtmaq üçün dəyənək və gözyaşardıcı qazdan istifadə edib. Lakin vəziyyətin kəskinləşdiyini görən hökumət qüvvələri etirazçı dərvişlərə odlu silahdan atəş açaraq onlardan bir neçəsini yaralayıblar. Nəticədə onlarla dərviş yaralanıb, 30-ü həbs edilərək naməlum istiqamətə aparılıb. Hökumət qüvvələrinin vəhşiliyini görən dərvişlərdən biri avtobusla, digəri isə avtomobillə polis qüvvələrinin üstünə sürüb. Nəticədə, 3 polis və 2 “Bəsic” muzdlusu həlak olub, bir neçəsi yaralanıb. Avtobusu və avtomobili idarə edən dərvişlər tutulub.

 

Etirazlarda həmçinin İranın dini lideri axund Əli Xamneyiyə qarşı şüarlar səsləndiriblər. “Diktatora ölüm”, “Seyid Əli! Abır-həyan olsun, utan xəcalət çək, məmləkətdən əl çək” və “Allahü əkbər”  şüarı səsləndirən etirazçılar, rejimin dərvişlərə və dinc əhaliyə qarşı repressiyalarına son qoyulmasını tələb ediblər. Hazırda Tehranın həmin məntəqəsində vəziyyətin gərgin olduğu bildirilir.

 

 

 

 

 

VİDEOLAR:

 

 

 

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar