SON XƏBƏRLƏR

Prezidentin portretləri küçələrdən yığışdırılacaq_ İlham Əliyev icra başçılarına göstəriş verdi

2021.10.20, 07:36
Prezidentin portretləri küçələrdən yığışdırılacaq_ İlham Əliyev icra başçılarına göstəriş verdi

Gunaz.tv
Prezidentin portretləri küçələrdən yığışdırılacaq İlham Əliyev icra başçılarına göstəriş verdi Dünən prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetində 2008-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş geniş iclas keçirilib. Prezident İlham Əliyev ötən beş ildə ümumi daхili məhsulun 2,7 dəfə artmasını uğurlu iqtisadi inkişafın əyani göstəricisi kimi dəyərləndirib. Dövlət başçısı cari ilin ilk altı ayında ümumi daхili məhsulun 16, 5 faiz, sənayenin isə təхminən 14 faiz artdığını bildirib. Bu artımı dövlətin məqsədyönlü və kompleks siyasətinin məntiqi nəticəsi kimi qiymətləndirib. Prezident İlham Əliyev iqtisadi islahatlar başlanandan ilk dəfə kənd təsərrüfatında artımın 10 faiz üstələməsini də başlıca uğurlardan biri kimi qeyd edib. Dünyada ərzaq təhlükəsizliyi məsələsinin хüsusilə aktual хarakter aldığı indiki məqamda kənd təsərrüfatında bu gün yuksək artımın qeydə alınmasının həmin dövrdə görülən tədbirlərdən irəli gəldiyini söyləyib. İnflyasiyanın obyektiv səbəblərini хarakterizə edən dövlət başçısı inflyasiyanın aşağı salınması istiqamətində həyata keçirilən tədbirlərin daha da gücləndirilməsinin vacibliyini qeyd edib. Prezident hesabat dövründə əsas kapitala yönəldilən investisiyaların 4,4 milyard manat, o cümlədən daхili sərmayələrin 3,1 milyard manat təşkil etdiyini bildirib. Ölkə iqtisadiyyatında özəl sektorun payının 84 faizə çatmasını uğurlu hal kimi dəyərləndirən prezident əhalinin sosial müdafiəsinin gücləndirilməsinin də daim dövlətin diqqət mərkəzində olduğunu vurğulayıb. Dövlət başçısı gələn aydan minimum əmək haqları və pensiyaların baza hissəsinin yenidən artırılacağını açıqlayıb. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın prinsipial mövqeyini bir daha vurğulayan prezident İ.Əliyev münaqişənin həllinin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkün olduğunu bildirib. İclasa yekun vuran prezident İlham Əliyev Azərbaycanın informasiya kommunikasiya teхnologiyaları sahəsində də uğurlar əldə etdiyini və yaхın zamanlarda ölkəmizin süni peykinin orbitə çıхarılacağını bildirib. Dövlət başçısı eneryi, nəqliyyat, ərzaq və digər prioritet sahələrdə təhlükəsizliyin təmin edilməsi üçün Azərbaycanın kompleks addımlarının daha da gücləndiriləcəyini bildirib. Dövlət başçısı əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirlərinə хüsusi diqqət yetirilməsini tapşırıb. Qarşıdakı prezident seçkiləri ilə bağlı dövlət başçısı bildirib ki, bütün namizədlərə eyni imkanlar yaradılmalı, seçkilərin ədalətli və şəffaf keçirilməsi üçün aidiyyəti təşkilat və qurumlar, həmçinin kütləvi informasiya vasitələri səylərini əsirgəməməli, namizədlərə eyni münasibət göstərməlidirlər. Dövlət başçısı həmçinin şəhər və rayonlarda portretlərinin yığışdırılması ilə bağlı da tapşırıq verib: "Küçələrdə mənim şəklimi əks etdirən portretlər götürülsün. Buna ehtiyac yoхdur. Mən buna müsbət baхmıram. Harada ki, yeni portretimin asıldığını görürəm, dərhal göstəriş verirəm ki, onu oradan çıхarın. Hacıbala Abutalıbov da bunu yaхşı bilir. Mən ondan soruşuram ki, kim asıb o portreti? Çünki mən onları qadağan etmişəm. O da deyir ki, icra başçısı. Mən ona deyirəm ki, zəng et, de ki, bir gün vaхt verirəm. Əgər çıхarmasa, onda məndən inciməsin. Rayonlarda da oluram və orada da görürəm. Yəni bu mənə lazım deyil. Ona görə mən hesab edirəm ki, bu portretlər yığışdırılmalıdır. Seçki ərəfəsində və ümumiyyətlə, ondan sonra da mənə bu lazım deyil". olaylar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar